Dünyaya səs salmış ən maraqlı reklam kampaniyaları

Dünyaya səs salmış ən maraqlı reklam kampaniyaları

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Reklam bazarında edilən bir çox bir-birindən fərqli tanıtımlar hər zaman diqqət çəkməyi bacarıb. Bu yazıda maraqlı reklam nümunələri ilə tanış olacağıq.

Burda ilk pillə Burger King şirkətinə aiddir, reklam Crispin Porter & Bogusky tərəfindən ortaya çıxıb. Reklam The Whopper Sacrifice olaraq tanınır. Reklamın devizi 10dostunu qurban ver, bir Whopper qazan. Bir Facebook tətbiqi olan The Whopper Sacrifice kampaniyası, 2009-cu ildə başladılıb və heç bir media dəstəyi almayıb. Kampaniya "istifadəçi gizliliyinin pozulması ” səbəbi ilə cəmi 10 gün fəaliyyət göstərə bilib. Kampaniyanın mənfi tərəfi dostluğundan çıxardığın şəxslərə xəbərdarlıq olunması olub. Kampaniya vasitəsilə 20.000 pulsuz Whopper verilib. Burdan belə bir nəticə çıxarmaq olar ki, reklam yaradıcılığında sərhəd yoxdur.



Bu siyahıda ikinci yer "Elf youself”ə aiddir. Bu reklam Office Max şirkətinin tanıtımına yönəlib. İnsanlar özlərinin və sevdiklərinin yeni il elflərinə oxşar fotolarını rəqs edən formada paylaşırdılar. Sadə bir fikir olsa belə, 2006-cı ildə məşhulaşa bilmişdi. İnsanların öz e-kartlarında star olmaları çox rəğbət görmüş və 6il boyunca yarım milyondan çox paylaşıma sahib olmuşdu. Bu kampaniya qalıcı bir uğur əldə etdi və bir tətil ənənəsi halını aldı. Bu viral reklamın tanınmasının əsas səbəbi müştəriləriyə "star olma” şansının verilməsidir. Belə reklamlar müştərinin həm əylənməsinə, həm də sizə qarşı simpatiyanın artmasına səbəb olacaq.


Maraqlı reklam nümunələri içində "Queensland Board of Tourism” tərəfindən həyata keçirilən The best job in the World xüsusi yer tutur. Beləki, şirkət 6ay boyunca hovuzu təmizləmək, balıqları bəsləmək, məktubları toplamaq və Great Barrier Reef-in çox bilinməyən möhtəşəm adasını kəşf etmək üçün 150.000$ pul ödəyəcəyini bildirib. Bu işi əldə etmək üçün çox asan şərt vurğulanıb. İşi niyə istədiyinizə dair 1 dəqiqəlik video hazırlamalısınız. Şirkət bu elanı adi bir qəzetin "Karyera” bölməsində yerləşdirib. Çox yaxşı PR nəticəsində 7 milyondan çox ziyarətçi, 200 ölkədən 34.000 müraciət və 500.000 səs topladılar. Və şanslı qazanan "Queensland Turizm Elçisi” kimi həyatına davam edib. Kreativlik hər zaman diqqəti cəlb edir.


Reklam kampaniyaları yalnız ticarətdə deyil, incəsənətdə də diqqət çəkməyi bacarıb. Beləki, Radiohead adlı musiqi qrupunun solisti Thom Yorke (Tom Yorke) bir necə yaradıcı insan birləşərək In Rainbows adlı albomu maraqlı üsulla satışa çıxarıb. Bu təklif isə "Neçəyə istəsəniz o qiymətə də alın” olub. Qrup ilk il 3 milyon endirilmə və 10 milyon dollar gəlir əldə edə bilib. Qrup bu aksiyanın özünün ən böyük uğuru olduğunu vurğulayıb. Burdan bir nəticə çıxarmaq olar ki, müştəri məmnuniyyəti hər şeydən üstündür.

 

"Artisan Entertainment" şirkətinin həyata keçirdiyi The BLAIR WITCH PROJECT-in ilk online viral reklam kampaniyası olduğunu desək yanılmarıq. Cəmi 22.000 dollar xərclənərək çəkilən filmdə 3 itkin tələbənin hekayəsi təsvir olunub. Film o qədər real alınıb ki, 250 milyon dollar gəlir gətirib. Təbii ki, burda PR xidmətinin böyük təsiri olub. Sizdə öz reklam kampaniyanızı diqqət çəkən hekayələrlə tanıdın.


2008 Presidential Campaign reklamı bu reklamlar arasında seçilir. Çünki bu reklam Barak Obamanın president seçilməsinə səbəb oldu. Sosial media və rəqiblərinin diqqət etmədiyi lobiçiliklə buna nail olan Obama, Youtube-da 20 milyon kliklənərək və Facebook-da 2.5 milyon izləyicisi ilə baryeranı keçə bilib. ABŞ prezidenti bunu bacardısa sizdə bacara bilərsiniz…


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×