main-post-cover

    Duolingo-da çat botlarla söhbət edərək xarici dilləri öyrənmək imkanı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hər-hansı bir xarici dili öyrənməyin ən yaxşı üsulu həmin dili bilən digər insanla həmsöhbətdə olmaqdır.

    Lakin çox zaman həmsöhbətdə olmaq üçün bu cür insan tapmaq çətindir. Real insanların olmadığı vaxtda xarici dil biliklərini təkmilləşdirmək üçün Duolingo servisinin çat botları kömək edəcək. Məşhur servis iOS versiyası üçün olan tətbiqinə yeni xüsusiyyət əlavə edib. Duolingo-nun virtual söhbət yoldaşları ümumi mövzularda söhbət edə bilir və istifadəçi cavab verməyə çətinlik çəkdikdə lazımi cavabı verməkdə köməklik edir. Sözügedən funksiyanı yaratmış komandanın sözlərinə görə bu virtual söhbət yoldaşları istifadəçiləri səhv etmə qorxusundan azad edir. Artıq servisdə 3 çat bot (sürücü, baş aşpazpolis) aktivdir. Yaradıcılar çat bot növlərinin artırılmasını planlaşdırırlar və qeyd edirlər ki, mütəmadi söhbət etdikdə çat bot daha da ağıllı hala gəlir. Duolingo-nun yeni funksiyası hələki ispan, fransız və alman dilini öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Digər dil və platformalar yaxın zamanda tədqim olunacaq. Tətbiqin AndroidiOS versiyasını yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər