main-post-cover

    e-TAP.az startupı Ukraynada Goldenbyte Beynəlxalq İT müsabiqəsində 1-ci yerə layiq görüldü!

    Digər
    07.05.2017
    Farid Pardashunas
    23 aprel 2017-ci il tarixində Ukraynanın paytaxtı Kiev şəhərində "Goldenbyte Beynəlxalq İT Çempionatı”nın ölkələrarası final mərhələsi keçirildi. Azərbaycanı "veb layihə” nominasiyasında  təmsil edən onlayn axtarış-tapıntı internet səhifəsi olan "e-TAP.az” bütün rəqibləri üstələyərək 1-ci yerin qalibi seçildi. Onu da qeyd edək ki, digər nominasiayalarla birlikdə ölkəmizin təmsilçilərindən iki layihə 1-ci və iki layihə 3-cü yerin qalibi oldu.
    9-cu dəfə keçirilən və hər il baş tutan çempionatda Ukrayna, Belorusiya, Qazaxıstan, Rumıniya, Slovakia, Bolqarıstan və Moldovadan 10 000-dən çox gənc müxtəlif layihələrlə fərqli nominasiyalar üzrə iştirak edirlər. "İcad et. Yarat. Dəyiş” ( "Invent. Create. Change”) devizini rəhbər tutan yarışmanın məqsədi, müxtəlif ölkələrdən olan innovativ layihələrin dünyanın nəhəng İT şirkətlərinin qarşısında təqdimatlarını təmin etməkdir ki, bununla da  iştirakçı  layihələr özlərini tanıda, müxtəlif fondlardan və mələk investorlardan yatırımlar cəlb edə bilərlər.
      Web Project nominasiyasında  regional finalın qalibi olmuş  "e-TAP” layihəsi Kievdəki beynəlxalq finalda da birinciliyi əldə etdi. Güclü rəqiblərin olmasına baxmayaraq, layihənin sosial əhəmiyyəti ön plana çəkildi və hər kəsə faydalı olacaq layihə kimi qiymətləndirildi. Çox təəssüf ki, ölkəmizdə keçirilən qrant və digər müsabiqələrdə, layihənin biznes modelinin çox effektiv olmamağı əsas gətirilərək sosial meyarlar arxa plana atılırdı. Lakin Kievdəki seçimlərdə veb layihə nominasiyasının münsiflərinin yekdilliklə səsləndirdiyi fikir bu cür oldu: "1-ci və 2-ci yerləri cəmi 2 xal ayırdı.  e-Tapı 1-ci seçməyimizin əsas səbəbi, əksər layihələr kimi öz spesifik istifadəçi kütləsi olmağı deyil, hər kəsə və bütün cəmiyyətə lazımlı olmağıdır”
      e-TAPın əsas məqsədi internet imkanlarından istifadə edərək itirilmiş əşya haqqında asanlıqla və pulsuz elan yayımlanmağını təmin etmək, itirilmiş və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək ödənişsiz xidmət təmin etmək və cəmiyyətdə sosial fayda vərdişləri yaratmaqdır. Layihə çərçivəsində gündəlik restoranlar şəbəkəsi, İdman sağlamlıq mərkəzləri, nəqliyyat şirkətləri, sosial iaşə obyektləri və digər təşkilatlarla əməkdaşlıq qurmaq planlaşdırılır. Lakin təəssüf ki, ilkin mərhələdə iri ticarət mərkəzlərinə əməkdaşlıqla bağlı müraciətlər pozitiv qarşılanmadı. Bunun səbəbi isə yəqin ki, ölkəmizdə bir çox insanın  hələ də innovasiya yönümlü olmamağı və internet dünyasına inteqrasiya etməkdən çəkinmələridir.
     "e-TAP” 2015-ci ildən etibarən "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”ndə fəaliyyət göstərir.  Layihə sayəsində artıq onlarla insan http://e-tap.az saytının imkanlarından faydalanaraq öz əşyalarına qovuşmuşdur. Layihənin uğurları bunlarla məhdudlaşmır, belə ki, e-TAP artıq "Bakı Metropoliteni” QSC ilə rəsmi əməkdaşlıq edir və bu o deməkdir ki, metropoliten ərazisində tapılan bütün sahibsiz əşyaların saytda yayımlanması təmin olunur və beləliklə əşya sahibi öz itkisi barədə daha tez məlumatlandırılır. Bundan əlavə, e-TAP 2016-cı ildə Bakıda baş tutan Formula-1 Grand Prix yarışında tapıntı bürosu kimi servis göstərmiş və bu vəzifənin öhdəsindən uğurla gəlmişdir.


    Linki kopyala