main-post-cover

    E3 2016-da gözlənilən lakin təqdim olunmayan 5 oyun

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas

    Bu həftə keçirilən bomba E3 tədbiri olan E3 2016 artıq sona çatdı. Tədbirdə ən yadda qalan konfrans isə təbii ki, yeni oyunları ilə diqqət çəkən SONY oldu. Sony bu tədbirdə bir neçə bomba oyunu nümayiş etdirdi. 
    Lakin təqdim olunan oyunlar kimi təqdim olunmayan oyunlarda bizim diqqətimizdən yayınmadı. Keçən il və bu ilin başlanğıcında haqqında danışılan və E3 2016-da gözlənilən oyunlar təəssüf ki, təqdim olunmadı. Bəs bu oyunlar hansılardır ? 
    Buyurun bu da həmin təqdim olunmayan 5 oyun:

    CRACKDOWN 3



    Keçən il E3 2015 tədbirində nümayişi gözlənilən Crackdown 3 E3 2015 tədbirindən sonra müzakirə olunmağa başlanmışdı. Xəbər yayılmışdı ki, Xbox One-ın vacib oyunlarından olan Crackdown 3 2016-cı il öz çıxışını edə bilər. Hamı ümid edirdi ki, oyun bu dəfə E3 2016 tədbirində təqdim olunacaq. Lakin bu yenədə olmadı. Bir müddət əvvəl oyunun 2017-ci ilə təxirə salınmağı haqqında xəbər yayımlanmışdı. 

    FİNAL FANTASY 7: REMAKE


    E3 2015 tədbirində SONY-nin sürprizlərində biri də Final Fantasy 7-nin Remake versiyasının təqdim olunması idi. Oyunun PS4 və PS3 platformalarına çıxacağı xəbəri isə oyunçuları əməlli başdı həyəcanlandırmışdı. Lakin Square Enix E3 tədbirində bu haqqda heç bir məlumat vermədi. Square Enix tədbirdə yeni Final Fantasy XV oyununu təqdim elədi.

    HALO 5: GUARDİANS (PC)


    Microsoftun E3 konfransı oyunlarla dolu keçdi. Ən əsasıda "Xbox Play Anywhere" yeniliyi ilə Xbox One oyunlarının Windows 10-a stream edilərək oynanılması xüsusiyyəti də oyunçuların marağına səbəb oldu. Bu da onu göstərir ki, oyunçular bundan sonra tək bir oyun alıb,  oyunu iki platformada oynaya biləcəklər. Hamı gözləyirdi ki, bu yenilik Halo 5 üçün də təqdim olunacaq. Lakin təəssüf ki, bu haqqda heç bir xəbər yayımlanmadı. 

    Red Dead 3


    Rockstar Games-in maraqla gözlənilən, bir çox sızıntılarla oyunçuları həyəcanlandıran Red Dead 3 oyununun Sony-nin konfransına öz damğasını vuracağı haqqında şaiyələr yayılmışdı. Amma heyif ki, oyun haqqında nə Sony bir şey danışdı, nə də ki, Rockstar Games bir açıqlama verdi. Belə görünür oyun gələn il E3 2017 tədbirində nümayiş olunacaq. 

    WOLFENSTEIN: THE NEW ORDER 2


    Eynilə Red Dead 3 kimi Wolfenstein: New Order 2 oyunu haqqında da bir sıra məlumatlar və sızıntılar yayılmışdı. Lakin bu oyun da E3 tədbirində təqdim olunmadı. 

    Əlbəttə hələ qabaqda GAMESCOM 2016 tədbiri var. Bəlkə bu oyunlardan birini həmin tədbirdə görərik.⁠⁠⁠⁠

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər