main-post-cover

    E3 2016 nə vaxt keçiriləcək?

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Entertainment Software Association təşkilatı E3 2016 sərgisinin keçirilmə tarixini elan etməsi ilə yanaşı E3 2015-in statistikasını paylaşıb. ESA-nın verdiyi məlumata görə 300 şirkət 1600-ə yaxın məhsulunu bu ilki sərgidə təqdim edib. E3 2015 sərgisində dünyanın 109 ölkəsindən ümumilikdə 52000 insan iştirak edib. Sosial mediada isə ən rekord aktivlik qeydə alınmışdır. Deməli 6.3 milyon insan Twitter-də paylaşım, İnstagramda isə 7.5 milyon like olunub. Bundan əlavə Twitchdə canlı yayımı eyni anda izləyən insanların sayı 1 milyon olub. Youtube-a isə E3 2015 ilə bağlı 1 milyon video yüklənib. E3 2016 oyun sərgisi 14-16 iyun tarixlərində həmişəki kimi Los-Angelesdəki Convention Centerdə keçiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər