main-post-cover

    EA Games Mass Effect seriyasının yeni hissəsini anons edib

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    EA şirkəti hamı tərəfindən səbrsizliklə gözlənən yeni Mass Effect oyununu öz press-konfransında anons edib. Yeni oyun Mass Effect: Andromeda adlanır. Adından göründüyü kimi oyunçular Andromeda adlı qalaktikanı müşahidə edəcəklər. Çox təəssüf ki, Bioware studiyası qısa videodan başqa heç bir məlumat təqdim etməyib. Lakin artıq olan məlumatlara əsasən oyunda yeni yadplanetlilər, online rejimlər və birinci oyundan bizə tanış olan Mako adlı nəqliyyat olacaq. Yeni oyunun ssenarisini Halo 4-ün ssenaristi hazırlayır. Mass Effect: Andromeda 2016-cı ilin sonunda PC, PS4 və Xbox One üçün satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər