EA Games şirkəti rəsmi şəkildə bildirib ki, bu il ən böyük oyun sərgisi E3 2016-a qatılmayacaq. Lakin E3 2016 sərgisinin yerinə şirkət özünün EA Play adlı şousunu bu ilin iyun ayında London və Las-Veqasda keçirdəcək.
"Bu ilin ən böyük oyunlar silsiləsindən olacaq proyektlərə baxmaq üçün 12-14 iyun tarixlərində bizə qoşulun. Bizim oyunçularımız işlərimizin arxasında duran yüksək gücdür. Məhz buna görə bu ilin yayında biz London və Las-Veqasda keçəcək möhtəşəm şou ilə öz dünya turumuza çıxacağıq. Həmin şouda siz yeni oyunları, demo veriyaları, konkursları görə biləcəksiniz. Bundan əlavə olaraq yeni oyunları özünüz də oynaya biləcəksiniz.
- Həmin şouya gələcək oyuçular yeni oyunları, demo versiyaları görə və oynaya biləcəklər. Bundan əlavə onlar müxtəlif konkurslardada iştirak edə biləcəklər. Tədbirdə xüsusi qonaqların gələcəyi də gözlənilir.
- Digər oyunçular isə yeni oyun və demo versiyaları tədbiri onlayn vasitəsilə izləyərək qiymətləndirə biləcəklər. Oyunçular tədbiri onlayn şəkildə 12 iyun tarixində bu saytdan izləyə biləcəklər https://www.ea.com/play2016/"
Şərh yoxdur