main-post-cover

    eBay-da adi bir stəkan rekord qiymətə satışa çıxarılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    eBay-da bir çox əşyalar satışa çıxarılsa da bu dəfə satışa çıxarılan əşya bir qədər digərlərindən fərqlənir

    Xaricilər hər zaman fanatı olduqları şəxsin istifadə olunmuş əşyalarını rekord qiymətə alırlar. Bu dəfə ki, belə əşyalardan biri Justin Bieber-ə aid stəkandır. Daha doğrusu Justin getdiyi oteldə süd içib və onun fanat ordusunun çoxluğunu nəzərə alan bir şəxs eBay-da süd stəkanını satışa çıxarıb.
    İlkin məbləğ olaraq 10 Avro təyin edilən stəkanın sonradan qiyməti 80.088.27$-a qədər qalxıb. Stəkanın qeyri-adi bir tərəfi yoxdur. Sadəcə Justin stəkanda süd içib. Adamın bu qədər fanat ordusu olduğunu nəzərə alsaq təəccüblənmək yersiz olar. Satışı edən şəxsin indiyə qədər etdiyi satışlardan müsbət rəylər gəldiyi üçün stəkanın Justinin istifadə etdiyi stəkan olduğuna da inananlar az olmayıb.
     
    Nə demək olar, Allah başqa dərd verməsin. Sizdə Justini bu qədər çox sevirsinizsə və hərracda iştirak etmək istəyirsinizsə, bildirək ki, hərracın bitməsinə 2 gün var. Yəni tələssəz ala bilərsiniz. Daha ətraflı tanış olmaq istəyən burdan baxa bilər.
    Linki kopyala