main-post-cover

    Eddie Redmayne yeni obrazda

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Eddie Redmayne "Fantastic Beasts & Where to Find Them" filmində baş rolu canlandırmağa razılıq verib. Bu barədə Warner Bros. Pictures studiyası bildirib.
    "Eddie Redmayne məşhur və bacarıqlı aktyorlardan biridir. J.K. Rouling-in yaratdığı sehrli dünyada Eddie Redmayne-ı görmək bizim üçün xoşdur. O Newt Scamander obrazını gözəl canlandıracaq" - deyə studiya bildirib. Qeyd edək ki, Scamander Fantastic Beasts & Where to Find Them kitabının müəllifidir. Məhz bu kitabı Harry Potter və dostları Hogwarts məktəbində öyrənirdilər. Filmdə hadisələr "Harry Potter" film seriyasındakı hadisələrdən 70 il əvvəl baş verəcək. Filmin rejissoru David Yates təyin olunub. Ssenarini isə J.K. Rouling özü hazırlayacaq. "Fantastic Beasts & Where to Find Them" filminin premyerası 18 Noyabr 2016-cı il tarixində baş tutacaq. Seriyanın qalan iki filmi isə 2018 və 2020-ci illərdə izləyicilərə təqdim olunacaq. Çox güman ki, Eddie Redmayne digər iki filmdə çəkilmək üçün Warner Bros. studiyası ilə uzunmüddətli müqavilə imzalayıb. 2014-cü ildə böyük ekranlara çıxmış "Theory of Everything" filmində Steven Hawking rolunu canlandırdığına görə Eddie Redmayne Oscar mükafatına laiq görülmüşdür.
    Linki kopyala