Edward Snowden, ABŞ-a təhvil verilə bilər

Edward Snowden, ABŞ-a təhvil verilə bilər

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Edward Snowden, özünün ABŞ-a ekstradisiyası xəbərinə fikrini bildirib.

Belə ki, o, KİV-in bu cür xəbərinin, onun Rusiya Federasiyasına çalışmadığını göstərən ən parlaq sübut olduğunu qeyd edib. "Heç bir ölkə öz casusunu satmaz. Belə ki, digərləri, onların da növbəsi gələcəyindən qorxurlar” – deyə Snowden öz Twitter hesabında bildirib. NBC telekanalı öz mənbələrinə istinadən xəbər vermişdi ki, Rusiya höküməti, Amerikanın keçmiş xüsusi orqan əməkdaşı Edward Snowden-i ABŞ-a təhvil vermək haqqında düşünür. Telekanalın təbilincə bu qərar, ABŞ-ın yeni prezidenti Donald Trump-a bir hədiyyə kimi nəzərdə tutulduğu qeyd olunmuşdu. Telekanalın, ABŞ prezidenti administrasiyasındakı mənbəsinin sözlərinə görə Snowden-in təhvil verilməsi, Trump-ın hörmətini qazanmağa bərabərdir. Edward Snowden-in vəkili Anatoliy Kuçeren isə bildirib ki, ABŞ höküməti hələki Rusiya Federasiyasına, Snowden-in təhvil verilməsi üçün bildiriş göndərməyib.

O həmçinin ümid edir ki, Trump, Snowden-i izləməkdən əl çəkəcək. 21 Yanvar tarixində prezidentin mətbuat katibi Dmitriy Peskov bildirmişdi ki, Snowden-in ABŞ-a ekstradisiyası barəsində qərarı yalnız Rusiyanın miqrasiya xidmətləri və ya prezident verə bilər. "O, hədiyyə olunacaq oyuncaq deyil. O insandır” – deyə hökümət təmsilçiləri qeyd ediblər. Anatoliy Kuçeren isə öz növbəsində Rusiya Federasiyasının insan alveri ilə məşğul olmadığını və Edward Snowden-in ölkədə qaldığı müddətdə onun heç bir qanunu pozmadığını qeyd edib. Qeyd edək ki, 2013-cü ildə Edward Snowden, Amerikanın xüsusi orqanlarının məxfi məlumatlarını jurnalistlərə təhvil vermişdi. Həmin məlumatların içərisində ən böyük rezonansı isə bütün dünya əhalisinin telefon zənglərinin və elektron poçt ünvanlarının mütəmadi olaraq izlənildiyi məlumatı idi. Ümumilikdə isə Snowden-i ABŞ-da 30 ilə yaxın azadlıqdan məhrum edilmə cəza gözləyir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×