Reklam
Edward Snowden istifadəçinin məlumatlarına nəzarət edən keys yaradır

Edward Snowden istifadəçinin məlumatlarına nəzarət edən keys yaradır

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Edward Snowden son illər ərzində bildirir ki, hökümətlər və böyük şirkətlər istifadəçilər haqqında külli miqdarda məlumatlar yığırlar. Hal-hazırda o Rusiya Federasiyasında yaşayaraq konsultasiya işləri və iPhone üçün xüsusi keysin hazırlanması ilə məşqul olur. Massaçusets Texnologiya İnstitutunun laboratoriyasında aparılmış müşahidələr əsasında iPhone üçün nəzərdə tutulmuş mini keys təqdim olunub. Həmin keys istifadəçinin məlumatlarının təhlükəsizliyinə nəzarət edir. Həmin keysi Edward Snowden MTA-nın (Milli Təhlükəsizlik Agentliyi) keçmiş əməkdaşı Andrew Huang ilə birlikdə hazırlayır. Qeyd edək ki, Endrew Huang Xbox konsolu və microSD yaddaş kartlarının təhlükəsizlik müşahidələri ilə məşhurdur. Snowden və Huang yeni keysi "özünü müşahidə mühərriki” adlandırırlar. Keys fiziki olaraq iPhone-nun daxilindəki antenlərə qoşularaq GPS, Wi-Fi, Bluetooth və mobil rabitə-nin çalışması haqqında məlumatları yığır. Cihaz məlumatların ötürülməsinə nəzarət edir və əgər şüphəli bir halla qarşılaşsa istifadəçiyə məlumat verir. Keys smartfonun arxa panelinin aşağı hissəsinə yerləşdirilən ekranından istifadə edir. iPhone üçün nəzərdə tutulumuş yeni keys hələki istehsalın ilkin mərhələsindədir. Huang hələki cihazın prototipini belə təqdim etməyib. Prezentasiyadan öncə o jurnalistlər ilə görüşərək bildirib ki, gələcəkdə cihazın Çin-dəki istehsal məsələsini yoluna qoyacaq.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×