main-post-cover

    Əfsanəvi Sonic...

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas

    Platformer janrında olan Sonic the Hedgehog oyun seriyası Sega şirkətinin daxili studiyası Sonic Team tərəfindən yaradılmışdır. Seriyanın ilk oyunu 1991-ci ildə eksklüziv olaraq Sega Mega Drive konsolu üçün hazırlanmışdır. Bir müddətdən sonra isə Sonic Sega şirkətinin rəsmi simvolu sayıldı. Məşhur seriyanın baş qəhrəmanı göy rəngli kirpidir. Bütün seriya boyu Sonic öz dostları ilə birlikdə Dr. Ivo adlı mənfi personaja qarşı mübarizə aparır. 2008-ci ildə çıxan Ginnesin Rekordlar Kitabının video oyunlar bölməsində Sonic the Hedgehog oyun seriyası 7 rekordun sahibi olmuşdur. Həmin rekordlar sırasında "Sega konsollarında ən yaxşı satılan oyun seriyası" və "Oyun əsasında hazırlanmış ən uzunömürlü komikslər" kimi rekordlar da var idi. 2010-cu ildə isə məşhur seriya "50 ən yaxşı oyun seriyaları" siyahısında 15-ci yeri tutmuşdur. 2006-cı ilin dekabr ayında məşhur IGN portalı Sonic the Hedgehog seriyasını "Bütün zamanların ən böyük oyun seriyaları" siyahısında 19-cu yerə layiq görmüşdür. Həmin vaxtda IGN portalı seriyanın 3D formatlı oyunlarının az xal yığmasına baxmayaraq Sonic the Hedgehog oyun seriyasının uğurlu olduğunu bildirmişdir. 2012-ci ildə olan göstəricilərə görə seriyanın oyunları ümumilikdə 75 milyon tirajla satılmışdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər