main-post-cover

    Ehtiyyatlı olun. Nəyə görə Google Play-də tətbiqlərin reytinqinə güvənmək olmaz?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Kaspersky Lab” dələduzluqla məşqul olan istehsalçıların yaratdıqları tətbiqlərə necə saxta yüklənmə və qiymətləndirmə sayı əlavə etdiklərini müəyyən edib.

    Tətbiq haqqında ilkin fikir 3 parametr üzərində qurulur. Yüklənmə sayı, rəy sayı və ortalama xal. Bu parametrləri dəyişmək çox asandır. Bədəməl şəxslər ilk öncə troyan viruslarını yayırlar. Həmin troyanlar smartfon və ya planşetə daxil olandan sonra sistem funksiyaları üzərində root girişə sahib olurlar. Beləliklə troyanlar Google Play istifadəçisinin login və şifrələrini oğurlayaraq fon rejimində tətbiqi qiymətləndirir və onun haqqında hətta rəy belə yazırlar. Troyan viruslar adətən cihazlara Google Play-dən kənar keçərək daxil olurlar. Məsələn istifadəçi hansısa sayta daxil olan zaman onun qarşısına çıxan "faydalı tətbiq” tip başlıqlı reklamlara daxil olub tətbiqi yüklədikdə troyanlar cihaza daxil olurlar. Sözügedən viruslar hətta Google Play-ə bağlı bank kartı vasitəsilə alış-veriş də edə bilərlər. Beləliklə həmçinin pullu tətbiqlərin də reytinqi qaldırıla bilər.
    "Kaspersky Lab” faydalı tətbiq adı ilə təqdim olunmuş zərərli tətbiqləri aşkar etmək üsullarını təqdm edib.
    1. Məşhur və sınanmış istehsalçılar tərəfindən yüklənən tətbiqlərə üstünlük verin. Bu cür istehsalçıların Google Play hesablarının yanında kiçik göy romb işarəsi olur. Bəzən həmin işarə olmaya bilər. Lakin istehsalçının adını dəfələrlə eşitmiş ola bilərsiniz. Bu halda internetdə həmin istehsalçı ilə bağlı biraz araşdırma aparın. Öyrənin ki, onun haqqında nələr yazırlar.
    2. Rəyləri oxuyun. Faydalı tətbiqlərin altında çox güman ki, birmənalı "Əladır. Hər şey lazımi səviyyədədir. Əhsən” tipli rəylər olacaq. Lakin bundan əlavə olaraq həmin rəylərdən daha fərqli, yəni şablon sözlərdən istifadə olunmayan rəylər də olacaq. Məhz bu cür rəylərə əsasən tətbiq haqqında müəyyən təsvir yaratmaq olar.
    3. Öz Android cihazınızda "təhlükəsizlik qərarı” funksiyasını aktiv edin. Google Play-dən zərərli tətbiqlərin yüklənmə ehtimalı az olsa da bu cür tətbiqlər SMS və reklamlar sayəsində aktiv şəkildə yayılır. Özünüz də bilmədən bu cür tələlərə düşməmək üçün hər ehtimala qarşı sığortalanmaq lazımdır.
    "Kaspersky Lab” tətbiqlərin reytinqlərinin qaldırılmasını yalnız viruslar sayəsində göstərib. Lakin digər üsullar da mövcuddur. Məsələn müəyyən servislərin, istifadəçiləri bəzi əmrləri yerinə yetirilməsinə məcbur etmək kimi üsulları qeyd etmək olar. Bu cür servislər tətbiqlərin irəli getməsi üçün istehsalçılardan müəyyən vəsait alırlar. Bununla belə reytinqin hansı üsulla qaldırılacağı haqqında məlumat verilmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər