Ehtiyyatlı olun. Sizi cihazlar vasitəsilə izləməyin 3 üsulu

Ehtiyyatlı olun. Sizi cihazlar vasitəsilə izləməyin 3 üsulu

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Müasir smartfonların korpuslarının altında müxtəlif ötürücülər, sensorlar və bir sıra digər komponentlər vardır. Bir çoxları hətta düşünmürlər ki, pis niyyətli insanlar onları mobil cihazdakı hiroskop funksiyasından və ya adicə batareyadan istifadə edərək izləyə bilərlər.

1. Hiroskop vasitəsilə dinləmə


ABŞİsraildən olan tədqiqatçılardan ibarət qrup göstərib ki, hər bir mobil cihazda olan və mühitdə istiqamətlənmək üçün nəzərdə tutulmuş ötürücünü insanları dinləmək niyyəti ilə istifadə etmək olar. Məsələ burasındadır ki, hiroskop həssas sensorlardan ibarətdir. Həmin sensorlar isə öz növbələrində vibrasiyalı lövhəçipdən ibarətdir. Zərərli tətbiq, ötürücünü səs dalğalarının yazılmasına kökləyə bilər. İlk dəfədən həmin siqnallar heç bir informativ xarakter daşımır. Lakin müxtəlif üsullar ilə siqnalları yaxşı kefiyyətə gətirəndən sonra onların sayəsində rahatlıqla 0-dan 10-kimi olan rəqəmləri təyin etmək olar. Beləliklə sizin bank kartınızın məlumatlarını asanlıqla ələ keçirmək olar.

2. Akselerometr vasitəsilə şifrələrin oğurlanması

Kaliforniya Universitetinin mütəxəssisləri smartfonun ekranındakı klaviatura vasitəsilə yazılmış şifrələrin oğurlanma üsulunu aşkar ediblər. Sürətləndirmə ötürücüsü (akselerometr) tərpətməni və cihazın vibrasiyasını müəyyən edir. Tədqiqatın müəllifləri Xao ÇenLyan Tsay, TouchLogger adlı tətbiq yaradıblar. Həmin tətbiq telefonun ekranında yazılmış rəqəmləri 70%-lik dəqiqliklə müəyyən edərək məlumatları oğurlamağa qadirdir. Bu üsul reallaşdırılması baxımından çox qəlizdir və hər bir smartfon modeli üçün ayrı-ayrılıqda ayarlanmanı tələb edir. Lakin məlumatların oğurlanması yenədə mümkündür. Həmçinin akselerometr vasitəsilə məlumatların oğurlanması üçün digər bir üsul da mövcuddur. Həmin üsuldan istifadə edərək fiziki kompüter klaviaturasından məlumatları əldə etmək olar. Lakin bu halda mobil cihaz gərək klaviaturanın yanında olsun. Xüsusi tətbiq klaviaturadaki bütün düymələrinvirtual modelini yaradır. Bu, düymələri klikləyən zaman yaranan vibrasiyaların fərqi hesabına baş verir. Beləliklə bu üsul ilə qəliz olmayan şifrəni və ya pin-kodu oğurlamaq olar.

3. Batareya sizi izləyə bilər

Firefox, ChromeOpera kimi brauzerlər HTML5 Battery Status API interfeysindən istifadə edir. Bu interfeys isə smartfon batareyasındakı enerji səviyyəsini və onun bitəcək müddəti haqqındakı məlumatları saytlara ötürür. Bu, enerjiyə qənaət etməkdən ötrü web səhifələrin daha yüngül versiyalarının istifadəyə verilməsi üçündür. FransaBelçika tədqiqatçıları müəyyən ediblər ki, bu məlumatların köməkliyi ilə batareyadakı enerji səviyyəsi ilə yanaşı həmçinin istifadəçinin harada yerləşdiyini müəyyən etmək mümkündür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×