Ehtiyyatlı olun. WhatsApp-da yeni dələduzluq üsulu peyda olub
Sosial Media
07.05.2017
Farid Pardashunas
"ESET” şirkəti WhatsApp messencerində yeni dələduzluq üsulunu aşkar edib.
Yeni dələduzluq üsulunda istifadəçilərə, öz dostlarını izləmək
təklif olunur. Dələduzlar, istifadəçilərə, öz dostlarının kimlərlə
yazışdıqlarını izləmək üçün xüsusi tətbiq yükləmə təklifi göndərirlər. Təklifdə
olan fake fotolar isə sözügedən məlumatın, status bölməsində əks olunacağı qeyd
olunur. Həmin ismarıc, tətbiqin yüklənməsinə imkan verən link ilə bitir.
İstifadəçi, həmin linkə daxil olduğu zaman, bu cür ismarıc onun digər dostlarına
da avtomatik olaraq göndərilir. Linkə klik etmiş istifadəçi isə digər bilinməyən
səhifələrə avtomatik keçid edir. Bilinməyən səhifələrdə telefon nömrəsinin qeyd
olunması tələb olunur və reklam bannerləri ortaya çıxır. Bundan əlavə olaraq zərərli
tətbiqlər də avtomatik olaraq telefona yüklənir. Təbii ki, nəticə etibarı ilə
siz öz dostlarınızı, sözügedən messencerdə izləyə bilməyəcəksiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!