Ehtiyyatlı olun. Wi-Fi vasitəsilə şifrələri ələ keçirmək mümkündür (VİDEO)

Ehtiyyatlı olun. Wi-Fi vasitəsilə şifrələri ələ keçirmək mümkündür (VİDEO)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bir sıra universitetlərin mütəxəssisləri Wi-Fi vasitəslə şifrə və ya PIN kodun necə əldə olunduğu üsulunu göstəriblər.

Şifrənin və ya digər vacib məlumatın əldə olunması üçün cihazın proqram təminatını hack etməyə ehtiyac yodur. Lazım olan tək şey qurbandan 1.5 metr aralıda olmaq və onun qoşulduğu Wi-Fi şəbəkəsinə qoşulmaqdır. Şifrəni yığan zaman telefona toxunuş sayəsində Wi-Fi siqnallarının pozulması baş verir. Bu cür qısamüddətli pozulmaları aşkar etmək olar. Bu cür hücum növü WindTalker adlanır. Bu halda ictimai şəbəkə üzərindən deyil, saxta giriş şəbəkəsindən işləmək daha rahatdı. Bu zaman hansısa şəxsin şifrə yığdığı zaman həmin şifrəni tutmaq daha da asanlaşır.


Giriş şəbəkəsinə qoşulmuş snifer minimum məlumatı analiz edir və istifadəçinin hansı növ şifrəni yığdığını dəqiqliklə söyləyir. WindTalker həmçinin giriş şəbəkəsi ilə smartfon arasındakı stabil trafik axınını da generasiya edir. Saniyədə 10-larla kbit sürət zamanı trafik nəzərə çarpmır. Lakin o, aşkar olunmaq ehtimalını yüksəldir. Bu hack olunma üsulunun orta dəqiqliyi 68.3% təşkil edir. Lakin bu sistem təkmilləşdirilsə dəqiqlik 81.7% təşkil edəcək. Bu cür hücumlara istifadəçilər özləri deyil, proqram təminatı yaradıcıları müqavimət göstərə bilərlər. Tələb olunan, şifrədəki simvolları standart olmayan ardıcıllıqla yerləşdirməkdir. Bu zaman əl hərəkətlərini aşkar etmək mümkün olacaq, lakin şifrələri müəyyən etmək qeyri-mümkün olacaq.


 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×