main-post-cover

    Ehtiyyatlı olun. Yeni virus növü aşkar edilib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yeni növ virusun yayılmasını  MalwareHunterTeam komandası aşkar edib.

     
    Popcorn Time adlı şifrələyici virus, istifadəçinin kompüterinə daxil olandan sonra şifrələnmiş faylların geri qaytarılması üçün istifadəçidən həmin virusu digər insanlara göndərməyi tələb edir. Mütəxəssislər yeni növ virusun təkmilləşdirilməmiş cavan versiyası ilə qarşılaşıblar. Lakin onların sözlərinə əsasən bu virus gələcəkdə çox təhlükəli ola bilər. Cihaz sözügedən virus ilə yoluxandan sonra cihazdakı bütün fayllar şifrələnir və onlara ənənəvi üsul ilə daxil olmaq mümkün olmur. Faylların bərpası üçün xüsusi açar şifrəsi lazımdır. Virusun yaradıcıları istifadəçilərə, faylların geri qaytarılması üçün iki üsul təklif edir. Ya istifadəçi virus yaradıcılarına 1 bitcoin ödəməlidir (hal-hazırki məzənnə ilə 1 bitcoin 768$ edir), yada virusu digər insanlara göndərməlidir.
    Təqdim edilmiş iki yoldan hər hansını seçib yerinə yetirəndən sonra hackerlər şifrələnmiş faylları geri qaytarırlar. Cihazın virusla yoluxması, virusun olduğu linkə daxil olandan sonra baş verir. Belə ki, link, Tor brauzerinin şəbəkəsində olan şifrələyicinin serverinə keçid edir. Mütəxəssislər qeyd ediblər ki, təhlükəni aşkar etdikləri zaman server çalışmırdı. Virusda xüsusi təhlükəsizlik sistemi var. Əgər şifrə 4 dəfə yanliış yazılarsa onda fayllar avtomatik olaraq silinəcək. Hələki Popcorn Time təhlükəli deyil. Belə ki, o, faylları, AES-256 alqoritmi vasitəsilə Efiles adlı test qovluğunda şifrələyir. Lakin şifrələyicinin tam versiyası daha böyük təhlükəyə səbəb ola bilər. Bu cür viruslardan qorunmaq üçün ən əsası şübhəli linklərə daxil olmamaqdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər