Ehtiyyatlı olun. Yeni virusdan artıq 16.000 insan zərər çəkib

Ehtiyyatlı olun. Yeni virusdan artıq 16.000 insan zərər çəkib

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Mütəxəssislər, Faketoken adlı bank troyan virusunun yenilənmiş versiyasını aşkar ediblər.

Bu virus, istifadəçinin bütün fayllarını şifrələyir və onların geri qaytarılması üçün istifadəçidən müəyən miqdarda vəsait tələb edir. Bundan əlavə olaraq Faketoken, bank kartlarının məlumatlarını da oğurlayır. Faketoken, internetdə müxtəlif tətbiq və oyunlar vasitəsilə yayılır. Həmin oyun və tətbiqləri smartfona yüklədikdən sonra istifadəçinin faylları şifrələnir və onları yenidən əldə etmək üçün xüsusi açar kodu tələb olunur. Açar kodunu əldə etmək üçün isə hackerlərə vəsait ödəmək lazımdır. Bu troyan virus, AES şifrələyici alqoritmdən istifadə edir. Beləliklə şifrələnmiş faylları yalnız xüsusi deşifrələyici tətbiqlər vasitəsilə əldə etmək olar.

Daha sonra virus, sonsuz sayda sorğu pəncərələri açaraq istifadəçinin həmin sorğulardan biri ilə razı olmasına çalışır. Beləliklə əgər istifadəçi, sorğu ilə razı olsa onda virus, administrator hüququnu əldə edir. Nəticədə virus, Google PlayGmail adından saxta ismarıclar yaradaraq bank kartı məlumatlarını əldə edir. Faketoken, 2000 müxtəlif maliyyə tətbiqindən məlumatları oğurlamaq üçün yaradılıb. Bunun qarşısını almaq üçün kənar mənbələrdən heç bir oyun və ya tətbiqi yükləmək məsləhət görülmür. Bundan əlavə olaraq tanımadığınız sayta daxil olmayın və tanımadığınız elektron ismarıclara və linklərə daxil olmayın.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×