main-post-cover

    Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Ağıllı telefonlarla çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz.

    Kameralar, telefonlara əlavə olunduqdan bir neçə il sonra telefonların əsas xüsusiyyətlərindən birinə çevrilib və artıq peşəkar səviyyədə şəkil çəkmək mümkündür. Ancaq yaxşı şəkil çəkmək üçün yaxşı kamera kifayət etmir.

    Daha  yaxşı şəkil çəkmək üçün aşağıdakı 10 üsuldan istifadə edə bilərsiniz.
     
    1. Telefonunuzun düzgün və daha yaxşı fokuslanmasını gözləyin

     
    Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul


    Telefonunuzun avtofokuslanması nə qədər sürətli olsa da, fokuslanma prosesinin səhv olduğu vaxtlar da ola bilər.  Ona görə də bir az səbr edib doğru zamanı gözləmək lazımdır.

    2. Kompozisiya qaydalarını unutmayın
     
    Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul


    Şəkil çəkməyin bəzi qaydaları var. Əgər çəkdiyiniz şey/insan rəng müxtəlifliliyi ve kölgənin aydın şəkildə seçildiyi  bir yerdədirsə, çəkdiyiniz şeyi/insanı görüntünün ortasına qoymayın. Çəkəcəyiniz şeyi/insanı görüntünün ortasına qoya biləcəyiniz şəkillərinn sayı çox azdır. Məsələn kosmosda yerləşən tək meteroiti çəkəcəksiniz və arxa planda sonsuz qaranlıqdan başqa heçnə yoxdur. Onda meteroiti görüntünün ortasına qoya bilərsiniz.
     
    3. Zoom istifadə etməkdənsə özünüz yaxınlaşın
     
    Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul


    Bir cihazın zoom funksiyası nə qədər yaxşı olsa da, zoom vasitəsilə yüksək keyfiyyətli şəkil çəkmək mümkün deyil. Buna görə də zoom istifadə etməkdənsə çəkəcəyiniz şeyə yaxınlaşmaq daha yaxşıdır.
     
    4. Flash'dən istifadə etməyin
     
    Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul


    Flash istifadə etmək şəklin təbii işığını məhv edir. Əgər olduğunuz yerdə işıq zəifdirsə ISO tənzimləmələrini dəyişdirin və ya telefonunuzdakı (əgər varsa) gecə rejimini aktiv edin. Məcbur olmadıqca flash'dən istifadə etməyin.

    5. Başqa kamera tətbiqlərindən istifadə edin
     
    Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul


    Telefonunuzun orjinal kamera tətbiqi çox yaxşı və rahat ola bilər, ancaq başqa kamera tətbiqlərinin bir çox üstünlüyü var. Bəzi anlarda bu tətbiqlərdən istifadə edə bilərsiniz.

    6. Kamera tənzimləmələrini yaxşı öyrənin
     
    Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul


    Orjinal və ya sonradan yüklədiyiniz kamera tətbiqlərindəki tənzimləmələri yaxşı öyrənin. Bu tənzimləmələr vasitəsilə nə etdiyinizi biləcəksiniz və çəkdiyiniz şəkillər daha yaxşı çıxacaq.

    7. HDR funksiyasından lazım olan yerdə istifadə edin
     
    Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul


    HDR funksiyası vasitəsilə telefonunuzun işığı daha yaxşı və daha effektli istifadə etməsinə şərait yarada  bilərsiniz. Amma kameranızda HDR funksiyasının olmağı, onu hər zaman istifadə edə biləcəyiniz anlamına gəlmir. Əgər olduğunuz yerdə işıq normaldırsa, HDR funksiyasından istifadə etmək hər şeyi daha pis edər. 

    8. Çəkdiyiniz hər şəkildə filtr'dən istifadə etməyin
     
    Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul

     
    Çəkdiyiniz bütün şəkillərdə filtr'dən istifadə etsəniz şəkillərin təbiiliyi olmaz və yaxşı bir işıq əldə etdiyinizdə bunun fərqində olmazsınız. Ən yaxşı şəkillər təbii işıqda çəkilən şəkillərdir, bunu heçvaxt unutmayın.

    9. Düzəliş etməkdən çəkinməyin
     
    Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul


    Olduğunuz yerdəki işığı azaltmağı, ətrafdakı şeylərin daha qabarıq və rəngli olmağını istəyirsinizsə şəkildə düzəliş etməkdən çəkinməyin. Əgər necə düzəliş edəcəyinizi bilmirsinizsə, araşdırıb bir çox şey öyrənə bilərsiniz.

    10. Kamera linzasını təmiz saxlayın
     
    Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul


    Kamera linzasının niyə təmiz saxlanılmasını deməyimizə yəqinki ehtiyac yoxdur :)
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər