Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul

Çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün 10 üsul

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Ağıllı telefonlarla çəkdiyiniz şəkillərin daha yaxşı çıxması üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz.

Kameralar, telefonlara əlavə olunduqdan bir neçə il sonra telefonların əsas xüsusiyyətlərindən birinə çevrilib və artıq peşəkar səviyyədə şəkil çəkmək mümkündür. Ancaq yaxşı şəkil çəkmək üçün yaxşı kamera kifayət etmir.

Daha  yaxşı şəkil çəkmək üçün aşağıdakı 10 üsuldan istifadə edə bilərsiniz.
 
1. Telefonunuzun düzgün və daha yaxşı fokuslanmasını gözləyin

 


Telefonunuzun avtofokuslanması nə qədər sürətli olsa da, fokuslanma prosesinin səhv olduğu vaxtlar da ola bilər.  Ona görə də bir az səbr edib doğru zamanı gözləmək lazımdır.

2. Kompozisiya qaydalarını unutmayın
 


Şəkil çəkməyin bəzi qaydaları var. Əgər çəkdiyiniz şey/insan rəng müxtəlifliliyi ve kölgənin aydın şəkildə seçildiyi  bir yerdədirsə, çəkdiyiniz şeyi/insanı görüntünün ortasına qoymayın. Çəkəcəyiniz şeyi/insanı görüntünün ortasına qoya biləcəyiniz şəkillərinn sayı çox azdır. Məsələn kosmosda yerləşən tək meteroiti çəkəcəksiniz və arxa planda sonsuz qaranlıqdan başqa heçnə yoxdur. Onda meteroiti görüntünün ortasına qoya bilərsiniz.
 
3. Zoom istifadə etməkdənsə özünüz yaxınlaşın
 


Bir cihazın zoom funksiyası nə qədər yaxşı olsa da, zoom vasitəsilə yüksək keyfiyyətli şəkil çəkmək mümkün deyil. Buna görə də zoom istifadə etməkdənsə çəkəcəyiniz şeyə yaxınlaşmaq daha yaxşıdır.
 
4. Flash\'dən istifadə etməyin
 


Flash istifadə etmək şəklin təbii işığını məhv edir. Əgər olduğunuz yerdə işıq zəifdirsə ISO tənzimləmələrini dəyişdirin və ya telefonunuzdakı (əgər varsa) gecə rejimini aktiv edin. Məcbur olmadıqca flash\'dən istifadə etməyin.

5. Başqa kamera tətbiqlərindən istifadə edin
 


Telefonunuzun orjinal kamera tətbiqi çox yaxşı və rahat ola bilər, ancaq başqa kamera tətbiqlərinin bir çox üstünlüyü var. Bəzi anlarda bu tətbiqlərdən istifadə edə bilərsiniz.

6. Kamera tənzimləmələrini yaxşı öyrənin
 


Orjinal və ya sonradan yüklədiyiniz kamera tətbiqlərindəki tənzimləmələri yaxşı öyrənin. Bu tənzimləmələr vasitəsilə nə etdiyinizi biləcəksiniz və çəkdiyiniz şəkillər daha yaxşı çıxacaq.

7. HDR funksiyasından lazım olan yerdə istifadə edin
 


HDR funksiyası vasitəsilə telefonunuzun işığı daha yaxşı və daha effektli istifadə etməsinə şərait yarada  bilərsiniz. Amma kameranızda HDR funksiyasının olmağı, onu hər zaman istifadə edə biləcəyiniz anlamına gəlmir. Əgər olduğunuz yerdə işıq normaldırsa, HDR funksiyasından istifadə etmək hər şeyi daha pis edər. 

8. Çəkdiyiniz hər şəkildə filtr\'dən istifadə etməyin
 

 
Çəkdiyiniz bütün şəkillərdə filtr\'dən istifadə etsəniz şəkillərin təbiiliyi olmaz və yaxşı bir işıq əldə etdiyinizdə bunun fərqində olmazsınız. Ən yaxşı şəkillər təbii işıqda çəkilən şəkillərdir, bunu heçvaxt unutmayın.

9. Düzəliş etməkdən çəkinməyin
 


Olduğunuz yerdəki işığı azaltmağı, ətrafdakı şeylərin daha qabarıq və rəngli olmağını istəyirsinizsə şəkildə düzəliş etməkdən çəkinməyin. Əgər necə düzəliş edəcəyinizi bilmirsinizsə, araşdırıb bir çox şey öyrənə bilərsiniz.

10. Kamera linzasını təmiz saxlayın
 


Kamera linzasının niyə təmiz saxlanılmasını deməyimizə yəqinki ehtiyac yoxdur :)


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×