main-post-cover

    Ekzoplanetlərdə suyun olmasına dair əlamətlər üzə çıxdı

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Muasir elmin astrofizika qolu inkişaf etdikcə bizlər yalnız öz günəş sistemimizi deyil, həm də qonşu ulduzları və onların ətrafında fırlanan planetləri araşdırmağa cəhd etmişik. Nəzərə alsaq ki, təkcə yerləşdiyimiz samanyolu qalaktikasında təxminən 100 milyard ulduz, onların da ətrafında fırlanan milyardlarla(ümumi) planet var, insana maraqlı gəlməyə bilməz.
    Ekzoplanetlər, ümümiyyətlə, bizim günəş sistemimizdən kənərda başqa ulduz ətrafında fırlanan planetlərə deyilir. İndiyə qədər onlardan təxminən 2000-ni kəşf etmişik. 
    Onlar haqqında yeni xəbərlər isə daha maraqlı faktları ortaya çıxarıb. Astronomlardan ibarət beynəlxalq komandanın son araşdırmasında, onlar, "İsti Yupiterlər" adlandırdıqları ekzoplanetlərin atmosferlərinin çoxlu növbənöv maddələrdən təşkil olunduğunu tapıblar. Discovery News-ə istinadən, "İsti Yupiterlər" adlarını bizim Yupiterə bənzədikləri və hətda ondan ölçüsünə görə da böyük olduqları üçün alıblar. Digər şok effekti yaradan fakt isə odur ki, onlar öz günəşlərinə çox yaxın fırlanırlar. Hətda Merkuri belə Günəşə o orbitdə fırlanmır.
    Bundan əvvəlki araşdırmalarda alimlər bu ekzoplanetlərdə suyun olmadığını demişdilər. Lakin Hubble Spitzer teleskoplarının yolladığı son görüntülər onlara fikirlərini dəyişməyə məcbur etdi.Alimlər suya və digər elementlərə dair əlamətlərə rast gəlib. Onlar, həmçinin, bu ekzoplanetlərdəki buludların suyu və digər elementləri təyin etməyə imkan vermədiyini qeyd ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər