main-post-cover

    Elektron diş fırçasını Apple AirPods kimi təqdim edərək insanları ələ saldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Britaniyalı pranker Yulius Deyn (Julius Dein) musiqi festivallarından birində olan insanlara adi elektron diş fırçasını AirPods qulaqlıqları kimi təqdim edərək onları ələ salıb.

    Prankerin YouTube kanalında paylaşılmış videoda gənc oğlan insanlara yaxınlaşaraq onlara adi elektron diş fırçalarını AirPods adı ilə təqdim edərək insanlardan qulaqlıqlar haqqında fikirlərini öyrənməyə çalışır. İnsanlar isə qulaqlıqların dizaynını və səs keyfiyyətinin yüksək səviyyədə olduğunu və qulaqlıqları bəyəndiklərini qeyd ediblər. Həmin prank videonu sizlərə təqdim edirik.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər