

5 Mart 2016-cı il tarixində elektron poçtun yaradıcısı əfsanəvi Ray Tomlinson vəfat edib. Məhz Tomlinson müasir "sö[email protected]" formatını fikirləşmiş və şəbəkənin imkanlarına e-mail dəstəklənməni əlavə etmişdir. 1971-ci ildə Ray Tomlinson ARAPNET şəbəkəsinin yaradılmasında iştirak etmiş Bolt, Berane & Newman şirkətində çalışırdı. Əslində elektron məlumatların göndərilməsi imkanı Tomlinson-dan daha əvvəl müzakirə olunurdu. Hətda bu imkandan yararlanmaq üçün ilk tətbiqetmələr də mövcud idi. Lakin məhz Tomlinson SNDMSG-ni yaratdı. SNDMSG dünyada ilk tətbiqetmə idi ki, TENEX əməliyyat sistemində elektron poçtun göndərilməsinə imkan yaradırdı. Bundan əlavə olaraq Tomlinson @ işarəsi ilə istifadə olunan müasir elektron ünvan formatını yaratmışdır. Əfsanəvi Ray Tomlinson-un 74 yaşı var idi. Onun vəfat etməsinin səbəbi isə ürək çatışmamazlığı oldu.
Şərh yoxdur