Elektron Siqareti ağzında partlayan adamın sifəti paramparça oldu!

08.05.2017 0 PAYLAŞIM 6340 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Andrew Hall adlı bir nəfərin ağzında partlayan elektron siqaret, sifətində çox ciddi yaraların yaranmasına səbəb oldu.

Əslinə baxsanız son zamanlarda elektron siqaretlərin partlamasına öyrəşmişdik, amma bu dəfə hadisə bir xeyli böyükdür. Andrew Hall adlı bir nəfər, "Facebook” profilindən paylaşdığı şəkildə ağzında partlayan elektron siqaretin yaratdığı ağır yaraları göstərdi.

Siqareti tərgitmək üçün 1 il ərzində səy göstərən və sonunda elektron siqaretə başlamağa qərar verən Hall, bəlkədə kaş siqaret çəkməyə davam etsəydim deyəcək qədər acı təcrübə yaşadı. Ağzında partlayan elektron siqaret, Hall-ın 7 dişinin düşməsinə, üzündə və boynunda 2-ci dərəcədən yanıqlar yaranmasına səbəb oldu.

Elektron siqareti istifadə edərkən xətalı heçnə etmədiyini söyləyən Hall, bunu təxminən bir ildir istifadə etdiyini və təhlükəli olan heç birşey etmədiyini bir daha vurğuladı.

Elektron siqaret istifadəçisinin şəkilləri o qədər qorxuncdur ki paylaşmağı uyğun görmədik. Yenədə Andrew Hall-un "Facebook” profilindən paylaşdığı şəkilləri görmək istəyirsinizsə buradakı linkə daxil ola bilərsiz.