main-post-cover

    Elm adamları bunu da bacardılar: Siçanın belində İnsan qulağı yaradıldı. (VİDEO)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Elm və texnologiya hər gün sürətlə inkişaf etməkdə davam edir. Bu dəfə elm adamları siçanın belində insan qulağı inkişaf etdirməyi bacarıblar. Sözügedən elm adamlarının Yapon olmaları yəqin ki, təəccüblü deyil. Tokyo ve Kyoto Universitetinin bir neçə elm adamlarının siçanlar üzərində etdikləri ekspermentlərin nəticəsi uğurlu alınıb.
     
    Nəyə görə siçan?
    İnsan DNA-na yaxın DNA siçanlarda mövcud olduğu üçün məhz elm adamları təcrübələrini bu canlılar üzərində aparırlar. İnsanların qabırğalarından alınan qığırdaqların siçana yerləşdirilməsi nəticəsində siçanın bel hissəsində insan qulağı əmələ gəlib. Bu hadisənin ən qəribə tərəfi isə insan qulağının siçan bədəni ilə təmamilə uyğunlaşmasıdır. 2 ay içərisində 5 sm metr böyüyən bu qulaq siçan orqanizminə əks təsir göstərmir. Bu təcrübənin əsas mahiyyəti gələcəkdə orqanların itirmiş insanlara kömək məqsədi daşıyr.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər