
Elm dünyasına aid tam fərqli oyun
Digər
07.05.2017
Farid Pardashunas
Yadınızdadırsa uşaq vaxtı bizləri müxtəlif personajların və
ya məşhur simaların hansılarının daha güclü olduqları sualı heç rahat
buraxmazdı. İndi isə bu cür sual elm dünyasının məşhur simaları arasında
yaranıb və onun cavabını biz tam fərqli oyun olan Science Kombat-da tapa biləcəyik.
Fighting janrında olan oyun Superinteressante Magazine studiyası tərəfindən
hazırlanıb. Oyunçulara elm dünyasının məşhur 8 siması (Albert Eynşteyn, Çarlz
Darvin, Nikola Tesla, İsaak Nyuton, Stiven Xokinq, Pifaqor, Mariya Küri, Alan
Türinq) təqdim olunub. Alimlərdən hər birinin öz qeyri adi bacarığı var. Məsələn
Eynşteyn zaman və məkandan keçə, Alan Türinq isə köməyə süni zəkanı çağıra
bilir. Bu oyun məşhur janrı parodiya etsə də yumor hissi və elm dünyasının
simalarına böyük hörmətlə hazırlanıb. Oyun artıq hər kəs üçün aktivdir.
Aşağıdakı linkdən oyuna daxil olub oynaya bilərsiniz.
Linki kopyala
Həftənin xəbərləri

