main-post-cover

    Elm dünyasında yeni bir mərhələ başlaya bilər.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     Artıq yavaş-yavaş barmaq izini unutmaq lazımdır. Çünki "mikrob buludu” (microbial cloud) vasitəsilə kimliyimiz müəyyən oluna bilər. Hər kəs havaya xüsusi mikrob qarışıqlarından ibarət çox kiçik zərrəciklər buraxır və elm adamları bunu mikrob buludu (microbial cloud) adlandırır. Mütəxəssizlər iddia edirlər ki, bu mikrob buludları vasitəsilə insanların kimliyini aşkar etmək olar. Bu elmdə yaxın zamanlarda mümkün ola biləcək əsas iddialardan biridir. 
     


    "Mikrob bulud” üçün bir sıra uğurlu testlər aparılmışdır. Belə ki, bu proyektin əsas müəlliflərindən biri olan James Meadow hər bir şəxsin özünəməxsus zərrəciklərin havada olmasını təsdiqləyib. Əgər bu proyekt yaxın zamanda reallaşsa, elm dünyasında yeni bir mərhələ başlaya bilər.

    Linki kopyala