
Elm dünyasını şok edən kəşf. Ayda su aşkar edildi
07.05.2017
Farid Pardashunas
Əgər nə vaxtsa insanlar Yer kürəsinin təbii peyki Ayda koloniya yaratsa onda içməli su problemi haqqında düşünməyə ehtiyac qalmayacaq.
Bu barədə, Ayın səthində yetəri qədər içməli su ehtiyatı
olduğu haqqında sübutlar təqdim etmiş hollandiyalı alimlər bildiriblər. "Hələki
bu barədə son nəticələrə varmaq tezdir. Lakin artıq indidən əminliklə söyləmək
olar ki, Ayın səthi su ilə zəngindir. Planetimizin təbii peykinin susuz səhraya
bənzəməsi fikri əslində düzgün deyil. İlk baxışdan ucsuz-bucaqsız səhra
olmasına baxmayaraq Ay, su ehtiyatının saxlanması üçün gözəl məkandır” – deyə tədqiqatın
müəllifləri qeyd ediblər. Ayda olan su, tamamilə Yer kürəsində olan içməli suya
bənzəyir. Alimlər, Ay səthində olan sudan daha ətraflı yaxın müddətdə
danışacaqlarına söz veriblər. Ayda suyun varolmasını nəzərə alsaq onda bu
faktor orda həyatın olub-olmaması haqqında sualı da yenidən aktual edir. Bunun
üçün də Ayda sadə bioloji həyatın tapılması üçün yenidən ekspedisiyalar
keçirilməlidir.
Linki kopyala
Həftənin xəbərləri

