Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəklər
07.05.2017
Farid Pardashunas
Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər.
Sözügedən tarixi hadisəni edəcək alimlər, Event Horizon
Telescope layihəsinin astrofizikləri olacaqlar. Bu ilin 5-14 Aprel tarixləri
arasında ümumi şəbəkəyə 9 ədəd radioteleskop qoşulacaq. Onlar Çili, ABŞ,
Meksika, İspaniya, Havay adaları və Antarktidada yerləşirlər. Həmin
radioteleskoplar bir yerdə Süd Yolu qalaktikasının mərkəzini və orada olan Sagittarius A* adlı qara dəliyin fotosunu çəkəcəklər. Sözügedən qara dəlik, Günəşdən
4 milyon dəfə ağırdır. Onun ətrafında tozdan və qazdan ibarət halqa yerləşir. Həmin
halqadan əks olunan işıq isə təhrif olunur. Belə ki, qara dəliyin yanında
qravitasiya gücü o qədər böyükdür ki, hətta işıq belə orada təhrif oluna bilir.
Məhz bu halqanın fonunda alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkmək
niyyətindədirlər. Haidələr üfüqü elə bir sərhəddir ki, işıq vasitəsilə birləşə
bilən hadisələri, birləşə bilməyənlərdən ayırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)