main-post-cover

    Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəklər

    07.05.2017
    Farid Pardashunas

    Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər.

    Sözügedən tarixi hadisəni edəcək alimlər, Event Horizon Telescope layihəsinin astrofizikləri olacaqlar. Bu ilin 5-14 Aprel tarixləri arasında ümumi şəbəkəyə 9 ədəd radioteleskop qoşulacaq. Onlar Çili, ABŞ, Meksika, İspaniya, Havay adaları və Antarktidada yerləşirlər. Həmin radioteleskoplar bir yerdə Süd Yolu qalaktikasının mərkəzini və orada olan Sagittarius A* adlı qara dəliyin fotosunu çəkəcəklər. Sözügedən qara dəlik, Günəşdən 4 milyon dəfə ağırdır. Onun ətrafında tozdan və qazdan ibarət halqa yerləşir. Həmin halqadan əks olunan işıq isə təhrif olunur. Belə ki, qara dəliyin yanında qravitasiya gücü o qədər böyükdür ki, hətta işıq belə orada təhrif oluna bilir. Məhz bu halqanın fonunda alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkmək niyyətindədirlər. Haidələr üfüqü elə bir sərhəddir ki, işıq vasitəsilə birləşə bilən hadisələri, birləşə bilməyənlərdən ayırır.
    Linki kopyala