main-post-cover

    Elmdə tarixi debat: Azad iradə varmı?

    07.05.2017
    Farid Pardashunas
    Elmdə davam edən tarixi debat: Azad iradə varmı?
    Bu günki məqalədə çalışacağıq hər iki tərəf arasında debatın niyə bu qədər vacib olmasını və arqumentlərini göstərək. Mövzuya keçməmişdən əvvəl belə bir fəlsəfi suala cavab verək. Azad iradə (free will) nədir? Ümumiləşdirib qısa şəkildə belə deyə bilərik. Azad iradə bizim hərəkətlərimiz zamanı bizim ixtiyarımızda olan azad seçimlər toplusudur. Yəni biz bir işi görmək üçün müxtəlif qərarlar verə bilərik, və yaxud o işi müxtəlif metodları seçməklə həll edə bilərik.
     

     
    Azad iradənin varlığını inkar edənlərə görə bizim seçim haqqımız yoxdu əvvəlcədən müəyyən edilmiş hadisələr ardıcıllığına tabeyik. Bu fikri bir qədər dərindən izah etmək üçün determinismə baxaq. Çünki azad iradənin yoxluğu demək olar birbaşa determinismə inamdan gəlir. Determinism səbəb-nəticə əlaqəsinə əsaslanır. Yəni təbiətdə/kosmosda baş verən bütün hərəkətlərin səbəbi var. Aydındır ki, determinism təsadüf anlayışını tamam sıradan çıxardır.
     

     

    Determinism azad iradəni bir başa inkar edir, çünki determinismə görə bütün hərəkətlər və seçimlər əvvəlcədən müəyyən olunub və bizim onu dəyişmək haqqımız yoxdu,sadəcə tabeyik. Azad iradənin yoxluğunun ikinci böyük arqumenti beynimizin verdiyi qərarlara şəraitin təsir etməsidir. Məsələn, düz yolda hərəkət edirik və qarşımıza divar çıxır. Bu zaman divarla toqquşmamaq üçün trayektoriyamızı dəyişirik. Bu sadə misaldan belə bir mürəkkəb sual çıxır. Yolumuzu niyə dəyişdik? Divar (şərait) təsir etdiyi üçün? Şəraitlə bağlı başqa bir misal verək. Niyə biz qatil deyilik? Qatil olmamağımızın səbəbi doğulub boya başa çatdığımız şəraitləmi bağlıdır? Əgər biz qatilin böyüdüyü şəraitdə böyüsəydik biz də qatil ola bilərdikmi? Cavab çox gümanki sadədir – bəli.
     
     
    Beliklə çox qısa şəkildə azad iradə və onun yoxluğu haqqında bəzi məsələlərə toxunduq. Elmdə 100 illərlə davam edən, son vaxtlar daha aktual debat olan azad iradə əsasən neuroscience ( beyindəki hüceyrələri əsasən tədqiq edən) tərəfindən inkar edilir. Məsələn məşhur alim Sam Harris. Əsas səbəblərdən biri kimi, aparılan təcrübə və müşahidələrə görə biz bir hadisə haqqında qərar verdiyimizi sandıqda, əslində o qərar beyində çoxdan verilib.(bəzi araşdırmalara görə təxminən 1 saniyənin 1/3 hissəsi). Ancaq bu məlumat tamamilə azad iradənin varlığını inkar edə bilir. Çünki belə bir sual yaranır ki, qərar verməyimizdə gecikmə olmasına baxmayaraq, beynimiz müstəqil şəraitdə qərarları verir yoxsa xairici təsirlərə məcburən?
     


    Müasir dövrdə bir çox elm adamları azad iradəni qəbul etmir. Məsələn Albert Eynşteyn determinismə inanıb və hər bir hadisənin əvvəlcədən bilinən səbəb-nəticə əlaqəsinə uyğun baş verdiyini göstərib. Yəni məsələn 100 il bundan sonra baş verəcək hadisə artıq müəyyən olunub.
    Hamımızın yaxşı tanıdığımız Stephen Hawking'də azad iradəyə inanmır.
    Beləliklə elmdə davam edən bu debatda hər iki tərəfin müəyyən arqumentləri olsa da, tam birmənalı şəkildə hansı tərəfin haqlı olduğunu hələ ki, deyə bilmirik. Çoxları fikirləşir ki, bu məsələyə gələcəkdə nöqtəni kvant fizikanın inkişafı qoyacaq.


    Linki kopyala