main-post-cover

    Elmin cavab tapa bilmədiyi suallar

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Kainat milyardlarla kiçik sirlərə ayrılmış böyük bir sirdir. Bəzilərinə cavab tapanda daha yeniləri aşkar olunur. Bu sistem artıq yüz illərdir davam edir. Elə suallar var ki, onların cavabları hələ də aydın deyil. Lakin bu o demək deyil ki, elm onların cavablandırılmasında iştirak etmir. İlk həyat necə yaranıb? Kainatda biz yalnızmıyıq? Yuxu nədir? 
    Gəlin elmin hələki tam dəqiq cavab verə bilmədiyi 10 vacib suala nəzər salaq.
     
    Şüur nədir? Biz bilirik ki, şüura sahib varlıqlarıq. Lakin şüurun konkret nə olduğunu bilmirik. Şüuraltı necə yaranır və bizə necə təsir edir? Bu suallara fəlsəfə, psixologiya və tibb cavab axtararaq bu barədə 100 ildən çoxdur ki, müzakirələr aparır. 
     
     
    Yuxu nədir? Bunu yaddaşımızda saxlaya bilməsək də biz demək olar ki, hər gecə müxtəlif yuxular görürük. Lakin yuxuların təbiəti hələki bizə sirr olaraq qalır. Hətda anlaşıqlı yuxu ekspertləri belə yuxu barədə tam dolğun məlumat verə bilmirlər. Qeyd edək ki, yuxuları oneyrologiya adlı xüsusi elm vasitəsilə öyrənirlər.
     
     
    Kainatda biz yalnızmıyıq? Yazıçı və futuroloq Artur Klark bir dəfə belə söyləmişdir. "Iki hal mövcuddur. Ya biz kainatda yalnızıq yada yalnız deyilik. Hər iki hal eyni dərəcədə qorxuludur". Kainatın ölçüsünü nəzərə alsaq çox güman ki, bizlər kainatda yeganə ağıllı varlıqlar deyilik. Buna baxmayaraq yeganə ağıllı varlıqlar olmağımız da hələ sübut olunmayıb. İnsanlar digər sivilizasiyalardan gələ biləcək hər-hansı bir siqnal axtarışındadırlar. Təəssüf ki, bu axtarış hələki nəticəsizdir.
     
     
    Kainat nədən ibarətdir? Kainat hər şeydən ibarətdir. Məhz buna görə onu kainat adlandırırlar. Lakin konkret olaraq nədən ibarət olunduğuna dair bir fikir yoxdur. Alimlərin fikrincə kosmosun bir hissəsi sadəcə olaraq qara materiyadır. Məsələ isə bundadır ki, qara materiya barəsindədə heç bir məlumat yoxdur.
     
     
    İlk həyat necə yaranıb?  Biz bilirik ki, Yer kürəsində həyatın var olması üçün münbit şərait milyardlarla il bundan qabaq yaranıb. Lakin bu necə baş verib? Elm adamlarının fikrincə Yer kürəsində həyatın yaranmasına asteroid səbəb olub. Əslində isə bu belədirmi? Bu sualın cavabı hələki sirr olaraq qalmaqdadır.
     
     
    Okeanların dərinliklərində nə var? Yer kürəsində yetərincə sirlərin olduğu bir vaxtda onları kosmosda axtarmağa ehtiyyac yoxdur. Okeanların dərinlikləri planetdə müşahidəsi az aparılan yerlərdən biridir. Həmin dərinliklərin sirlərinə cavab tapmaq isə biz insanların öhdəliyinə düşür.
     
     
    Sadə ədədlər nədir? Sadə ədədlər - birə və özünə bölünə bilən natural ədədlərdir. Lakin hər şey göründüyü kimi sadə deyil. Sadə ədədlər ilə bir sıra problemlər və cavabı tapılmamış suallar yaranır. Həmin sual və problemlərdən birinə sonsuz natural ədədlər sırasında sadə ədələrin paylanması aiddir. Bu qanunauyğunluq hələki sübut olunmayıb.
     
     
    Artıq qalan karbon qazını neynəməli? Hər gün biz insanlar Yer kürəsinin atmosferini zavod və fabriklərdən ayrılan karbon qazı ilə zəhərləyirik. Təbii ki, bu planetin xeyri üçün sayılmır. Alimlər artıq qalan karbon qazından necə azad olmağın yollarını axtarsalarda hələki heç bir nəticə yoxdur.
     
     
    Digər kainatlar mövcuddurmu?  Öz kainatımızdan söhbət açanda belə bir sual yaranır. Bizim kainatın sərhədlərindən qıraqda digər kainatlar mövcuddurmu? Ümumiyyətlə kainatın sərhədi anlayışı həqiqətənmi real bir şeydir? Görünür bu suallar yaxın gələcəkdə hələki sual olaraq qalacaq.
     
     
    Qara dəlik nədir? Qara dəliklər o qədər sirli obyektlərdir ki, onların var olması bütün 20-ci əsr boyu şüphə ilə qəbul olunurdu. Onların necə yaranması haqqında bəzi məlumatlara sahib olsaq da qara dəliklərin daxilində hansı proseslərin getdiyini tam dəqiq söyləmək çox çətindir.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər