main-post-cover

    Elon Mask Mars üçün yeni nəqliyyat sistemini təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Elon Mask-ın (Elon Musk) sahibi olduğu "SpaceX” şirkəti yeni kosmik gəmini və raketi təqdim edib.

    Mars üçün yeni uçuş sistemi
    Kosmik gəmi və raket iki bir yersə "Planetlərarası Nəqliyyat Sistemi” (Interplanetary Transport System) adını alıb və Mars planetinin kolonizasiyası üçün adamların ora çatdırılmasını reallaşdıracaq. Mask-ın sözlərinə görə o, 80 gün ərzində 100 nəfər insanı Mars-a çatdıra biləcək effetiv nəqliyyat sistemi yaratmaq niyyətindədir. Bundan əlavə olaraq bu səyahət sonuncu səyahət olmamalıdır. İnsanların dilədikləri vaxtda Yer kürəsinə qayıtmaları şansı olmalıdır. "Technote.az”ın "Itc.ua”a istinadən verdiyi xəbərə əsasən press-konfrans zamanı Mask "SpaceX”i "Union Pasific Railroad” dəmiryolu şirkətinə bənzədib. "Union Pasific Railroad” şirkəti ABŞ-da ölkənin mərkəzindən San Fransisko körfəzinə kimi yol açan ilk transkontinental dəmiryolunu inşa etmişdir.
    Mars üçün yeni uçuş sistemi
    Hal-hazırda bir insanın Mars-a göndərilməsi 10 milyard dollara başa gələ bilər. Uçuşun qiymətinin azalmasının ən vacib üsulllarından biri kosmik gəminin və raketin təkrar istifadəsidir. Misal olaraq Mask, Boeing 747 təyyarəsini göstərib. Təyyarənin qiymətinin 90 milyon dollar dəyərində olduğunu bildikdə əgər yalnız bir dəfə uçuş etsəydi onda 180 sərnişinin hər biri 500.000$ pul ödəməli idi. Bundan əlavə olaraq əgər SpaceX kosmik gəmisi orbitdə yanacaqla təmin edilsə bu uçuş qiymətinin 500% aşağı düşməsini təmin edəcək. Mars kolonizasiyasının vacib faktorlarından biri də Mars-da yanacağın istehsal olunmasıdır. Beləliklə orda yaşayacaq insanlar Yer kürəsinə qayıda biləcəklər. Məhz buna görə şirkət maye metanın əsas yanacaq kimi seçilməsinin tərəfdarıdır. Həmdə onu Mars-da istehsal etmək asan olacaq.
    Mars üçün yeni uçuş sistemi
    Şirkətin "Planetlərarası Nəqliyyat Sistemi” kranı olan start platformasından ibarət olacaq. Həmin kran Raketin birinci səviyyəsinə kosmik gəmini yerləşdirəcək. Daha sonra raket kosmik gəmini orbitə çatdıracaq və 20 dəqiqə ərzində start platformasına geri qayıdacaq. Qayıdandan sonra ona yanacaqla dolu tanker yerləşdiriləcək və o, həmin tankeri orbitə çatdıracaq ki, kosmik gəmi yanacaqla təmin olunsun. Sistemin raketi 77.5 m hündürlüyə,12 m diametrə sahib olacaq. O, özündə 42 ədəd Raptor metan mühərrikini birləşdirəcək. Kosmik gəmi isə 49.5 m uzunluğa və 17 m diametrə sahib olacaq. Kosmik gəmi yanacaq kimi 1950 t maye oksigen həcminə sahib olacaq və Yer kürəsindən Mars-a 100 nəfər adamı və 300 t yükü çatdıra biləcək. Mask-ın sözlərinə görə hal-hazırda "Planetlərarası Nəqliyyat Sistemi”nin maliyyələşdirilməsində özəl investorlar və bir sıra ölkə orqanları maraqlıdırlar. Şirkət raketlərin ilk testlərinin keçirilməsini 2019-cu ilə planlaşdırıb. "Planetlərarası Nəqliyyat Sistemi”nin Mars-a ilk uçuşu isə artıq 2022-ci ildə baş tuta bilər.

     
     
    Linki kopyala