main-post-cover

    "Elon Mask"ın ən sevdiyi və startapçılara ilham verəcəyini düşündüyü 5 kitab

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Amerikalı startapçı, "Paypal"ın Co-founderi, "Tesla Motors"un CEO-su və daha bir çox ünvana sahib olan Elon Mask, bir çox yaşıdının başa çıxması çətin öhdəlikləri tək başına üstlənmiş və 43 yaşında dünyanın ən varlı adamları siyahısında yer almağı bacarmış biridir.

    Elon Mask öz-özünə proqramlar hazırlayaraq iş həyatına atılaraq hazırda olduğu yerə gələ bilən nadir startapçılardandır.
    Maska görə uğurun sirri isə olduqca sadədir. Gündəlik həyatın stresi və yorğunluğu bəhanə edərək daima ertələdiyimiz bir fəaliyyət: Oxumaq. Mask, xüsusilə xəyal dünyasını zənginləşdirən, ona yaşamağa dair dərslər verən, zövqlə oxunan və sərhədləri zorlayan kitabları, ideal kitablar olaraq adlandırır.
    Bəs Mask-a görə hansı kitablar bu xüsusiyyətlərə sahibdir?
    Technote.az olaraq Elon Mask-ın sevərək oxuduğu və özünə ilham verdiyini düşündüyü kitabları sizlərə təqdim edirik.

    "Üzüklərin Əfəndisi" – J. R. R. Tolkien

    1892-ci ildə dünyaya gəlib, bugünə qədər dünyanı əlinə alan bir aludəçilik yaratmağı bacaran Tolkien-in əfsanə əsəri "Üzüklərin Əfəndisi", Maskında ən sevdiyi kitablar arasındadır. Fantastik bir dünyanın qapılarını, xəyal gücünün sərhədlərini zorlayan uğurlu bir mövzu ilə oxucu ilə görüşdürən "Üzüklərin Əfəndisi", dünyada modası keçməyəcək bir axım halına gələrək iddiasını qorumağa davam edir.


    "Bir Avtostopçunun Qalaktika Bələdçisi" – Douglas Adams

    Elmi-fantastika və mizahı bir araya gətirən məşhur ingilis yazarın unudulmaz əsəri "Bir Avtostopçunun Qalaktika Bələdçisi” üçün Mask olduqca iddialı danışır. Həyata dair fəlsəfə kitablarından əldə edə bilmədiyi fikirləri bu kitab vasitəsilə əldə etdiyini ifadə edir. Bir neçə seriya olaraq oxuculara təqdim edilən kitab, elmi-fantastik məzmunlu hekayələri ilə yaşamağa dair çətinlikləri, ədalətsizlikləri uğurlu bir dillə çatdırır.

    "Benjamin Franklin: Bir Amerikalının Həyatı" – Walter Isaacson

    Amerikanın siyasətinə istiqamət verən şəxslərdən biri olan Benjamin Franklin-in bioqrafiyası olan "Benjamin Franklin: Bir Amerikalının Həyatı”, Franklinin ölkə siyasətini, savaş və çətinliklər çərçivəsində necə idarə etdiyini, ən çarpıcı şəkildə oxuyucuya təqdim edir. Mask-ın dediyinə görə bu kitab, ona həyata və startapçılığa dair sağlam ipucuları verərək, Benjamin Franklin kimi həqiqi bir qəhrəman qazandırmış oldu.


    "Einstein: Həyatı və Dünyası" : Walter Isaacson

    Dünyanın hələ adından heyranlıqla söz etdiyi məşhur fizik Albert Eynşteyn-in bioqrafiyası olan "Einstein: Həyatı və Dünyası”, Mask-a təsir edən bir başqa kitab olmaq xüsusiyyətini daşıyır. Mask-ın qəhrəmanları arasında ilk pillədəki adlardan biri olaraq bilinən Eynşteyn-in həyata baxış tərzindən və çətinliklərlə keçən uğura çatmaq prosesindən danışan əsər, həqiqətən ilhamverici bir kitabdır.

    "Sıfırdan Birə" – Peter Thiel

    Amerikalı startapçı Piter Tiel-in investisiya şirkətlərini necə inşa etdiyinə dair ipucularla dolu olan bu kitab da, Mask-ın həm PayPal-da çiyin-çiyinə çalışdığı iş yoldaşının hekayəsindən bəhs edir həm də oxuyucuya bu mənada cəsarət və ilham verərək həqiqətən öyrədici bir kitab olmaq xüsusiyyətini daşıyır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər