Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha bahalı şirkət olacaq"

Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha bahalı şirkət olacaq"

Texnologiya
08.05.2017 PAYLAŞIM

"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib.

Belə ki, onun sözlərinə görə günlərin birində "Tesla” şirkəti, "Apple”dan daha bahalı şirkət olacaq. Sonuncu şirkət görüşməsində çıxış etmiş Musk, "Tesla”nın (hal-hazırki dəyəri 51 milyard dollar) "Apple”dan (hal-hazırki dəyəri 776 milyard dollar) daha baha olmasının necə reallaşması yolunu bildiyini Wall-Street analitiklərinə bildirib. Onun sözlərinə əsasən şirkət hal-hazırda Model 3 avtomobil versiyasının satışa çıxarılmasının astanasındadır. Bu avtomobil, 13 il bundan öncə avtomobil sahəsinə investisiya yatırmış Musk-ın gözləntilərini təmin etmək üçün nəzərdə tutulub. O vaxtlarda isə Musk-ın əsas məqsədi elektromobillərin, kütləvi bazara çıxarılması idi. Bununla belə Model 3-ün hazırlanması, "Tesla” şirkətinin bu ilin əvvəlində bir qədər vəsait itirməsinə gətirib çıxartdı.

Musk etiraf etdi ki, yeni avtomobil üçün seçilmiş ad, bir çoxlarında çaşqınlıq yaratdı. İlk öncə o, yeni avtomobili Model E adlandırmaq istəyirdi. Lakin artıq Model E adlı avtomobilə sahib "Ford” şirkətinin şikayətlərindən sonra ad dəyişərək Model 3 oldu. Beləliklə bu ad ilə avtomobil bir növ "Tesla”nın 3-cü platformasını təqdim edəcək. Lakin buna baxmayaraq Musk sözügedən addan heç də razı deyil. Belə ki, bir çox insanların fikrincə bu sadəcə olaraq Model S seriyasının 3-cü versiyası olacaq. Bu isə Model 3-ün satışlarına təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, Model 3-ün start qiyməti 35.000$ təşkil edəcək. "Tesla”nın sözlərinə əsasən isə Model 3-də olacaq özəlliklər, daha bahalı avtomobillərə xas olan özəlliklərdən olacaq. Nəyə görə günlərin birində "Tesla”nın "Apple”dan baha olacağını başa salan Musk qeyd edib ki, onun şirkəti hal-hazırda istehsalat prosesinin avtomatlaşdırılması üzərində çalışır. Bu özəllik isə "Tesla”nı digər avtomobil istehsalçıları arasında lider şirkət edə bilər.


 



DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..


"HTC"nin yeni flaqman HTC U 11-in etxniki göstəriciləri məlum oldu

Adətən \"HTC” şirkəti öz flaqman smartfonlarını ilin birinci yarısında təqdim edir. Lakin bu..

×