Elon Musk yeni Tesla Model 3-ü təqdim etdi!

Elon Musk yeni Tesla Model 3-ü təqdim etdi!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Tesla Motors-un qurucusu Elon Musk nəhayət bu gün maraqla gözlənilən Tesla Model 3-ü təqdim etdi. Musk-ın söz verdiyi kimi kompakt sedan ölçüsündə olan bu avtomobilin təqdimatında Musk yanacaqla çalışan avtomobillərin qlobal istiləşməni sürətləndirməsindən danışıb. Tesla Model S və Model X alıcılarına öz minnətdarlığını bildirən Musk daha sonra əsas təqdimata başladı.


 
Tesla Model 3 çox təhlükəsiz avtomobildir. Elon Musk avtomobilin hər sinifdə 5 ulduz təhlükəsizlik sertifikatını alacağına zəmanət verdiyini bildirərək təhlükəsizliyə verdiyi önəmidə diqqətə çatdırıb. Buna baxmayaraq eyni zamanda Model 3 çox sürətli olacaq. Model 3-ün ən ucuz versiyasının 0-dan 100-ə sürətlənməsi 6 saniyədən tez həyata keçir. Elon Musk bu yerdə "Biz Tesla Motors-da yavaş maşınlar hazırlamırıq" deyərək əvvəlki modelləri də yada salıb. Maşının elektrik sərfiyyatına gəldikdə isə Model 3 tam dolu halda minimum 346 km yol qət edə bilir.

 

Əlbəttə bu göstəricilər həmişə belə qalmaycaq. Tesla Model 3 zaman keçdikcə daha da mükəmməl bir avtomobilə çevriləcək. Eynilə Model S kimi.




 
Xüsusi avtopilot sistemini, qəza əleyhinə qurraşdırılmış sistemlər opsia kimi satılmayacaq, yəni ən ucuz Tesla Model 3-də belə bu xüsusiyyətlər hazır qurraşdırılmış olacaq. Hə, qiymətə gəldikdə isə Tesla Model 3-ün qiyməti 35 min ABŞ dolları olacaq və artıq 138 mindən çox alıcı öz Model 3-lərini sifariş edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nivanın davamçısını evdən smartfonla işə salmaq olacaq!

Lada satışa buraxdığı kompakt sedanı Vesta ilə yeni dizayn dilinin ilk parçasını nümayiş etdirmiş..


Dünyanın ilk elektrik mühərrikli avtobusu istifadəyə veriləcək

Elektrik mühərrikli avtomobillər artmağa davam edir, indi isə növbə elektrik mühərrikli avtobuslara ..


Planetin ən güclü və ən sürətli avtomobili: Bugatti Chiron

21-ci əsr avtomobil dünyasına fantastik avtomobillər gətirdi amma əsas məsələ sürət həddi olduqda ..


Uçan avtomobil - TF-X, 2018-ci ildə havaya qalxacaq

Uçan avtomobillər hələ də həyatımıza girməyib. Ancaq bir az daha səbr etsək göydə uçan avtomobil..

×