main-post-cover

    Embrionların kosmosda inkişafı təcrübəsi uğurla keçib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Çinli alimlər məməlilərin embrionlarının çəkisizlik mühitində inkişafları üzrə təcrübə aparıblar. İndiyənə kimi bioloqlar əmin deyildilər ki, bu cür mühitdə inkişaf mümkündür yoxsa yox. Lakin görünür məməlilər kosmosda inkişaf edə bilirlər. Sözügedən təcrübə Çin peyki SJ-10-da keçirilmişdir. Alimlərin verdikləri məlumata əsasən onların keçirtdikləri təcrübələr əsasında məlum olub ki, məməlilərin embrionları çəkisizlik mühitində həqiqətən də inkişaf edə bilirlər. Peyk 6 Aprel 2016-cı il tarixində kosmosa göndərilmişdir. Alimlər daxili ölçüsü 0.03 kub metr olan xüsusi kameraya 6000 siçan embrionu yerləşdirərək həmin kameranı peykin daxilinə quraşdırıblar. Peyk kosmosa uçan zaman embrionlarda yalnız iki hüceyrə var idi və onlar qidalandırıcı mayeyə yerləşdirilmişdilər. Mütəxəssislər peykin içərisinə embrionların şəklini hər 4 saatdan bir çəkən fotokamera da yerləşdirmişdilər. Həmin şəkillərdə alimlər gördülər ki, 4 gündən sonra embrionlar blastulaya çevrilib. Blastula embrionun daha qəliz formasıdır və yüksək hüceyrə differensiasiyasına sahibdir. Bu o deməkdir ki, embrionlar çəkisizlik mühitində rahatlıqla inkişaf edə bilərlər. Təbii ki, bu cür halın insan üçün də mümkün olub olmama sualı ortaya çıxır. Bir neçə gün bundan öncə isə alimlər Monqoliyada eniş etmiş peykin bir hissəsini əldə ediblər. Sonrakı mərhələdə alimlər inkişaf etmiş embrionlar üzərində təcrübələr aparacaqlar.

    Linki kopyala