EMP bombası və onun işləmə prinsipi

08.05.2017 0 PAYLAŞIM 10380 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

İçində müharibə səhnələri olan oyun və kinolarda gördüyümüz EMP bombaları günümüzdə elə də məşhur deyil. Bunun səbəbi EMP bombasının kəşf edildikdən bu yana heç vaxt istifadə edilməməsidir.
 
Nədir bu EMP bombası?
 
Bir çoxlarımız böyük ehtimalla kino və oyunlarda görmüşük. Xüsusən Matrix izləyən kinosevərlər ordakı qurğuların yalnız EMP bombası tərfindən məhv edildiyini bilirlər. EMP bombası qarşısına çıxan istənilən elektronik qurğunun işini məhv edən güclü elektromaqnetik dalğadır.Bəli,bir yerdə bu hadisə baş versə,orada istənilən elektronik qurğu(işlək vəziyyətdə olan) xarab olacaq. Bəs,necə olur ki,cihazlar bu bombanın təsirindən sıradan çıxırlar?
 
EMP bütün bunları necə edir?
 
Bu suala cavab verməzdən əvvəl, EMP bombasının güclü təsir edə bilməsi üçün onun yüksək tezlik intervalına malik olmasının vacibliyini bildirək. Hər elektronik cihazın müəyyən işləmə tezliyi olduğu kimi atılan EMP bombasının da bu tezliyə uyğunlaşması gərəkdir. EMP,yəni elektromaqnetik dalğa atmosferdəki qazlarda olan elektronlardan istifadə edərək elektronik cihazları sıradan çıxarır. Bəs,bunu necə edir? EMP-nin təsiri ilə atmosferdəki elektronlar cihazın elektrik dövrələrinə sızaraq dövrə elementlərinin bəzilərini sıradan çıxarır. Bu isə,öz növbəsində, bütövlükdə dövrənin sıradan çıxmasına səbəb olur. EMP,adətən,dövrədəki yarımkeçiriciləri hədəf alır. Diod,tranzistor və inteqral sxem kimi elementlər EMP qarşısında acizdir.
 
İlk EMP nə vaxt sınaqdan keçirilib?
 
EMP araşdırmaları 1950-ci illərə aid olsa da bu texnologiya haqında geniş biliklər 1962-ci ildə əldə edilib. 1962-ci ildə ABŞ tərəfindən Johnston adasında yerinə yetirilən Starfish Prime adlı atom bombasının testində EMP haqqında maraqlı faktlar ortaya çıxdı. Atom bombasının partlaması nəticəsində ortaya çıxan güclü elektromaqnit dalğası təxminən 1400 km uzaqlıqda olan küçənin lampalarının partlamasına,orada olan rabitə qovşağının sıradan çıxmasına və hərəkət edən avtomobillərin dayanmasına səbəb olmuşdur.