main-post-cover

    Ən az enerji sərf edən brauzer

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Microsoft şirkətinin mütəxəssisləri enerji tələbatı az olan brauzeri müəyyən etmək üçün maraqlı təcrübə keçirdiblər. Məlum olub ki, Surface Book noutbook-u Microsoft Edge brauzerinin istifadəsi zamanı daha az enerji sərf edir. Mütəxəssislər Surface Book-da 4 məşhur brauzeri (Chrome, Edge, Firefox, Opera) işə salıblar. Nəticənin tam dəqiq olması üçün hər 4 brauzerdə canlı yayım videosu işə salınıb. Nəticə etibarı ilə məlum olub ki, Surface Book Google Chrome brauzerindən istifadə zamanı daha çox enerji sərf edir. Chrome ilə noutbook 4 saat 20 dəqiqə, Mozilla Firefox ilə 5 saat 9 dəqiqə, Opera ilə 6 saat 19 dəqiqə çalışıb. Rekord göstəricini isə noutbook Microsoft Edge brauzeri ilə göstərib. Belə ki, bu brauzer ilə noutbook 7 saat 22 dəqiqə çalışıb. Bundan əlavə olaraq mütəxəssislər enerji tələbatını prosessor, Wi-Fi funksiyası və notbookun videokartı ilə müəyyən ediblər. Wi-Fi funksiyası sayəsində enerji tələbatı hər 4 brauzer üçün eyni səviyyədə olub. Lakin Edge prosessorun və videokartın aşağı enerji tələbatı hesabına bu təcrübədə qalib olub.

    Linki kopyala