Ən az enerji sərf edən brauzer
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Microsoft şirkətinin mütəxəssisləri enerji tələbatı az olan
brauzeri müəyyən etmək üçün maraqlı təcrübə keçirdiblər. Məlum olub ki, Surface
Book noutbook-u Microsoft Edge brauzerinin istifadəsi zamanı daha az enerji sərf
edir. Mütəxəssislər Surface Book-da 4 məşhur brauzeri (Chrome, Edge, Firefox,
Opera) işə salıblar. Nəticənin tam dəqiq olması üçün hər 4 brauzerdə canlı
yayım videosu işə salınıb. Nəticə etibarı ilə məlum olub ki, Surface Book
Google Chrome brauzerindən istifadə zamanı daha çox enerji sərf edir. Chrome ilə
noutbook 4 saat 20 dəqiqə, Mozilla Firefox ilə 5 saat 9 dəqiqə, Opera ilə 6
saat 19 dəqiqə çalışıb. Rekord göstəricini isə noutbook Microsoft Edge brauzeri
ilə göstərib. Belə ki, bu brauzer ilə noutbook 7 saat 22 dəqiqə çalışıb. Bundan
əlavə olaraq mütəxəssislər enerji tələbatını prosessor, Wi-Fi funksiyası və
notbookun videokartı ilə müəyyən ediblər. Wi-Fi funksiyası sayəsində enerji tələbatı
hər 4 brauzer üçün eyni səviyyədə olub. Lakin Edge prosessorun və videokartın
aşağı enerji tələbatı hesabına bu təcrübədə qalib olub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)