main-post-cover

    Ən bahalı brendlərin reytinq cədvəli açıqlanıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Interbrand” tədqiqat şirkəti "Apple” şirkətini dünyanın ən uğurlu brendi adına layiq görüb.

    Belə ki, IT sahə üzrə fəaliyyət göstərən şirkətin dəyəri il ərzində 5% artıb. Beləliklə "Apple” dünyanın ən bahalı brendi adını yenə özündə saxlamağı bacarıb. Brendin dəyərini 178 milyard dollar həcmində qiymətləndiriblər. İkinci yerdə "Google” qərarlaşıb. Daha çox axtarış sistemi brendi kimi tanınan "Google” dəyərinin yüksək qalxma tempini (11%) sərgiləyərək qiymətinin 133 milyard dollara çatmasına nail olub. Bir vaxtlar bu siyahıda lider olmuş "Coca-Cola” isə 3-cü yeri tutub. Onun qiyməti 73 milyard dollar (-7%) təşkil edir. Top 10-a daha 4 texnoloji şirkət daxil olub. Onların arasında 4-cü yerdə 72.7 milyard dollar göstəricisi (+8%) ilə "Microsoft”, 6-cı yerdə 52 milyard göstəricisi (-19%) ilə "IBM”, 7-ci yerdə 51.8 milyard dollar göstəricisi (+14%) ilə "Samsung” və 50.3 milyard dollar göstəricisi (+33%) ilə "Amazon” qərarlaşıb. Brendin dəyərinin rekord dərəcədə artımını "Facebook” (+48%) sərgiləyib. O, 15-ci yeri tutub. Reytinqə ilk dəfə olaraq "Tesla” daxil olub. Onun hal-hazırki dəyəri 4 milyard dollar təşkil edir. "Interbrand”ın top 10 reytinqini tam olaraq sizlərə təqdim edirik.
    1. "Apple” – 178 milyard 119 milyon (+5%)
    2. "Google” – 133 milyard 252 milyon (+11%)
    3 "Coca-Cola” – 73 milyard 102 milyon (+8%)
    4. "Microsoft” – 72 milyard 795 milyon (+8%)
    5. "Toyota” – 53 milyard 580 milyon (+9%)
    6. "IBM” – 52 milyard 500 milyon (-19%)
    7. "Samsung” – 51 milyard 808 milyon (+14%)
    8. "Amazon” – 50 milyard 338 milyon (+33%)
    9. "Mercedes-Benz” – 43 milyard 490 milyon (+18%)
    10. "General Electric” – 43 milyard 130 milyon (+2%)
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər