main-post-cover

    Ən bahalı 44 domen adı.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web saytlarını, sosial hesablarını hazırlayaraq işə başlayırlar. Ən əsası isə şirkətlər saytlarını hazırlayarkən domain adlarına xüsusi önəm verirlər. Saytın adının şirkət adı ilə və ya həmin şirkətin işlədiyi sahəyə uyğun olaraq seçilməsi çox vacib məsələdir. Şirkətlərin bu cür seçimi etmələrinin səbəbi odur ki, belə adlar seçildikdə həm yadda qalan olur, həm də axtarış sistemlərində axtarıldıqda tez tapılır.
    Saytın domain-inin alınması çox asandır və tez həll olunan işdir. Ancaq burada bir problem yarana bilər. Tutaq ki, sizin ağlınıza bir domain gəlib və onu siz onu almaq istəyirsiniz. Lakin bu domain artıq alınıb. Həmin domain-i almaq üçün gərək bu domain-ə sahib olan adama külli miqdarda pul verəsiniz.


    Bu cür vəziyyətdə olan bir sıra bahalı domen adlarını sizin üçün siyahıya aldıq.


    1) MM.com - 1.200.000 ABŞ Dolları


    MM.com 2014-cü ilin iyul ayında Hangzhou Duomai E-Commerce Co LTD tərəfindən alınıb. Hal-hazırda saytın heç bir fəaliyyəti yoxdur.

    2) POWER.COM - 1.261.000 ABŞ Dolları


    Sayt 2014-cü ilin noyabr ayında POWER Integrations tərəfindən alınıb. Hal-hazırda sayt şirkətin rəsmi web-saytı olaraq fəaliyyət göstərir.

    3) eBet.com - 1.350.000 ABS Dolları


    Bu ad 1996-cı il Rick Shwartz tərəfindən alınmışdı. 2013-cü ilin noyabr ayında isə Network Solutions tərəfindən alındı. Hal-hazırda sayt KAZINO kimi öz fəaliyyətini davam etdirir. Rick Shwartz satdığı adlar ilə artıq "Domain adlarının kralı" adına layiq görülüb. 

    4) Russia.com - 1.500.000 ABŞ Dolları


    Çox saylı bu cür ölkələr üçün xüsusi domain adlarına sahib olan Paley Media tərəfindən 2009-cu il şəxsiyyəti məlum olmayan bir nəfərə satılmışdır. Hal-hazırda sayt Rusiyaya edilən səyahətlər haqqında məlumat verən bir sayt kimi fəaliyyət göstərir. 

    5) Cameras.com - 1.500.000 ABŞ Dolları


    Cameras.com saytı 2006-cı ildə Parked.com-un yaradıcılarından biri olan Sig Solares-ə satılıb. Hal-hazırda sayt fotoaparatların və bir sıra aksessuarların satışı ilə məşğul olur. 

    6) Tandberg.com - 1.500.000 ABŞ Dolları


    Tandberg.com 2007-ci il Tandberg Data tərəfindən alınmışdır. TandbergDATA isə sonralar Cisco-nun tərkibinə keçmişdir və hal-hazırda sayt Cisco.com tərəfindən idarə olunur. 

    7) Ticket.com - 1.525.000 ABŞ Dolları


    Ticket.com saytı 2009-cu ildə Afternic.com tərəfindən Buydomains.com-a satılmışdır. Hal-hazırda sayta girdikdə bizim qarşımıza Ticket.se adlı İsveçin bilet satışı ilə məşğul olan saytı çıxır. 

    8) DataRecovery.com - 1.659.000 ABŞ Dolları


    Sayt 2008-ci ilin fevral ayında Minnesota's Associated Computers Inc. tərəfindən ESS Data Recovery-yə satılmışdır. Bu sayt hal-hazırda şirkətin rəsmi saytı kimi fəaliyyət göstərir.

    9) Auction.com - 1.700.000 ABŞ Dolları


    Sayt 2005-ci il Real Estate Disposition Corp. tərəfindən alınmışdır. Hal-hazırda bu saytda bir sıra daşınmaz əmlakların satışı həyata keçirilir.

    10) Dating.com - 1.750.000 ABŞ Dolları


    Həmin sayt 2010-cu ildə Fort Lauderdale tərəfindən alınmışdır. Hal-hazırda sayt sosial şəbəkə kimi fəaliyyət göstərir. 

    11) Fly.com - 1.760.000 ABŞ Dolları


    Sayt 2009-cu ildə Travelzoo tərəfindən alınmışdır. Hal-hazırda saytda təyyarə biletlərinin satışı həyata keçirilir

    12) Mortgage.com - 1.800.000 ABŞ Dollar 


    Sayt 2000-ci ilin mart ayında CityBank tərəfindən alınmışdır. Həmin sayt hal-hazırda şirkətin saytındakı mortgage ilə əlaqədar hissə yönləndirilir.

    13) Seniors.com - 1.800.000 ABŞ Dolları


    Sayt Page How tərəfindən 2007-ci ildə satılmışdır. Sayt hal-hazırda yaşlı adamların özlərinə dost tapmaları üçün istfadəçilərə xidmət göstərir. 

    14) 37.com - 1.960.800 ABŞ Dolları


    Sayt 2014-cü il Çinin məhşur oyun istehsalçısı 37Wan tərəfindən alınmışdır. Hal-hazırda sayt həmdə şirkətin rəsmi saytı kimi fəaliyyət göstərir.

    15) 114.com - 2.100.100 ABŞ Dolları


    Sayt 2013-cü ildə eyni adlı nömrə axtarma xidmətini göstərən Çinli bir şirkət tərfindən alınmışdır. 

    16) KK.com - 2.400.000 ABŞ Dolları


    KK.com 2013-cü ilin axırlarında Moniker vasitəsi ilə Çinli bir şirkətə satılmışdır. Sayta görə 2.4 milyon dollar ödənilsə də sayt aktiv deyil.

    17) Youxi.com - 2.430.000 ABŞ Dolları


    Say 2014-cü ilin mart ayında Çinin oyun saytlarından olan Gamewave Group Limited tərəfindən alınmışdır. Youxi.com-un bu qiymətə satılmağının səbəbi isə odur ki, "youxi" sözü Çin dilindən tərcümədə elə "oyun" mənasını verir. 

    18) Investing.com - 2.450.000 ABŞ Dolları


    Sayt 2012-ci il Forexpros.com tərəfindən alınmışdır. 2012-ci ilin hesablamalarına görə sayt həmin ilin "ən bahalı qiymətə alınan sayt"-ı adını qazanmışdır.

    19) Social.com - 2.600.000 ABŞ Dolları


    Sosial.com 2011-ci ildə Moniker vasitəsi ilə Salesforce tərəfindən alınmışdır. Biz bu sayta daxil olduqda Salesforce-nin rəsmi saytına daxil oluruq. 

    20) CreditCards.com - 2.750.000 ABŞ Dolları


    Sayt 2004-cü ildə ClickSucces L.P tərəfindən alınıb. Bu sayt bizə cürbəcür kredit kartlarını seçməkdə kömək olur.

    21) Shopping.de - 2.858.945 ABŞ Dolları 


    Sayt 2009-cu ildə Almaniyanın Unister GmBh şirkəti tərəfindən alınmışdır. Hal-hazırda sayt online ticarət mərkəzi kimi fəaliyyət göstərir. 

    22) Candy.com - 3.000.000 ABŞ Dolları


    Sayt 2009-cu ildə Ebet.com-u satan Rick Shwartz tərəfindən G&J Holdings-ə satılmışdır. Sayt hal-hazırda online olaraq konfet və şokoladların satışını həyata keçirir. 

    23) Vodka.com - 3.000.000 ABŞ Dolları


    Vodka.com 2006-cı ilin dekabr ayında Rusiyanın ən böyük vodka istehsalçısı Russian Standard Co. tərəfindən alınmışdır.

    24) Whisky.com - 3.100.000 ABŞ Dolları


    Bu sayt 1995-ci ildə Michael Castello tərəfindən qeydə alınmışdır. Castello bu domain-i çox sevdiyi gecə klubu olan WhiskeyGoGo-nun sahibinə hədiyyə vermək istəyirdi. Lakin WhiskeyGoGo.com obyekt sahibinin oğlunun əlində olduğu üçün bunu ehtiyac duymamışdır. Bundan sonra Castello saytı 3.1 milyon dollara 2014-cü ildə Almaniyanın şirkəti Media GmBh-a satmışdır. 

    25) Mi.com - 3.600.000 ABŞ Dolları


    Domain 2014-cü ilin aprel ayında Çinin ağıllı telefon istehsalçısı Xiaomi tərəfindən alınmışdır. Hal-hazırda bu domain Mi Band adlı məhsulun rəsmi saytıdır. 

    26) iCloud.com - 4.500.000 ABŞ Dolları


    Bulud (xarici yaddaş) sistemi iCloud.com 2011-ci ilin mart ayında Apple tərəfindən İsveçin Xcerion şirkətindən alınmışdır. Xcerion şirkəti iCloud-u satdıqdan sonra saytın adını CloudMe edərək dəyişdirmişdir. 

    27) İG.com - 4.700.000 ABŞ Dolları


    Əvvəllər Braziliyanın axtarış sisteminə məxsus olan sayt 2013-cü ilin sentyabr ayında London İG Group-a satılmışdır.

    28) Medicare.com - 4.800.000 ABŞ Dolları


    Sayt 2014-cü il eHealthinsurance.com tərəfindən nəğd 4.8 milyon dollara alınmışdır. 

    29) Clothes.com - 4.900.000 ABŞ Dolları


    Clothes.com 2008-ci il Zappos.com tərəfindən alınmışdır. 2009-cu il Amazon Zappos-u alandan sonra Clothes.com da Amazonun əlinə keçdi.

    30) Seo.com - 5.000.000 ABŞ Dolları


    Seo.com 2007-ci ildə Dave Bascom tərəfindən Washington Venture Capital-a satılmışdır.

    31) Korea.com - 5.000.000 ABŞ Dolları


    Sayt 2000-ci ildə Koreyanın bir media şirkətinə satılmışdır. Hal-hazırda bu saytda Cənubi Koreya mahnıları və şou-biznes xəbərləri yayımlanır.

    32) Toys.com - 5.100.000 ABŞ Dolları


    2009-cu ildə Toys.com saytının sahibi olan şirkət müflis olduğuna görə sayt satışa çıxarıldı və 1.25 milyon dollara satıldı. Bir neçə gündən sonra həmin sayt Toy"R"uS tərəfindən 5.1 milyon dollara alındı.

    33) Slots.com - 5.500.000 ABŞ Dolları


    2010-cu ildə alınan sayt adından göründüyü kimi online slot oyunları ilə virtual kazino xidməti göstərir.

    34) Z.com - 6.784.000 ABŞ Dolları


    Z.com 2014-cü ildə Nissan Motors tərəfindən Yaponiyanın internet provayderi olan GMO-ya 6.784 milyona satılmışdır.

    35) Beer.com - 7.000.000 ABŞ Dolları


    Sayt 2004-cü ildə Thought Convercence tərəfindən alınmışdır. Lakin sayt hələki boş vəziyyətdə dayanıb. Yəni hələki heç bir fəaliyyət göstərmir.

    36) Diamond.com - 7.500.000 ABŞ Dolları


    Sayt 2006-cı il online zinət əşyaları satan ice.com tərəfindən 7.5 milyon dollara alınmışdır. Ancaq sayt hələki heç fəaliyyət göstərmir.

    37) We.com - 8.000.000 ABŞ Dolları


    We.com 2015-ci Alf Temme tərəfindən Çinin bank xidmətləri göstərən Wealth Evolution şirkətinə satılmışdır. 

    38) Fb.com - 8.500.000 ABŞ Dolları


    Əvvəllər bu sayt New York Farm Bureau-nun rəsmi saytı kimi fəaliyyət göstərirdi. 2010-cu ilin sentyabr ayında isə sayt Facebook tərəfindən alındı. 

    39) Porno.com - 8.888.888 ABŞ Dolları


    Sayt 1997-ci gənc bir istfadəçi tərəfindən 5000 dollar qiymətinə alındı. Bir həftə sonra isə Rick Shwartz həmin sayt üçün 47.000 dollar pul ödədi. Nəhayət 2015-ci il sayt Rick Shwartz tərəfindən Çexiyanın böyüklər üçün bir çox saytları olan şirkətə satıldı. 

    40) Porn.com - 9.500.000 ABŞ Dolları


    Porn.com 2007-ci il Moniker vasitəsi ilə MXN Limited-ə satılmışdır.

    41) Fund.com - 9.999.950 ABŞ Dolları


    Fund.com 2008-ci il bir şirkət tərəfindən alındı. Sonralar şirkətin bəzi maddi problemləri oldu və hal-hazırda sayta daxil olmaq olmur.

    42) Hotels.com - 11.000.000 ABŞ Dolları


    Sayt 2001-ci ildə Hotels Worldwide tərəfindən alınmışdı. Lakin ödənilən məbləğin miqdarı haqqında heç bir məlumat verilmirdi. Nəhayət 11 il sonra 2011-ci il şirkətin icraçı direktoru David Roche tərəfindən məbləğin miqdarının 11 milyon dollar olduğu açıqlandı. 

    43) Sex.com - 13.000.000 ABŞ Dolları


    Sayt əvvəllər Escom LLC-yə aid idi. Sonralar şirkət iflas etdikdən sonra sayt auksiyona qoyuldu və Clover Holdings Limited tərəfindən 13 milyon dollara alındı. 

    44) 360.com - 17.000.000 ABŞ Dolları


    360.com - 2015-ci il Vodafone tərəfindən Çinin online təhlükəsizlik şirkəti Qihoo 360-a satıldı.

    MƏNBƏ: Webrazzi.com

    Linki kopyala