

Ən böyük torrent sayt olan KickAss Torrents (KAT) onun güman olunan yaradıcısının həbs olunmasından sonra offline rejimə keçib. Saytın sahibi 30 yaşlı ukraynalı Artyom Vaulin Polşa-da həbs olunub. Onu müəllif hüquqlarını pozduğu və pul oğurlamalarını gerçəkləşdirmək üçün sözləşmə günahları ilə ittiham edirlər. ABŞ-ın ədliyyə nazirliyi bildirib ki, onlar Vaulin-in ekstradisiyasına nail olmağa çalışacaqlar. Bəzi məlumatlara əsasən KAT-ın yaradıcısına 20 ilədək həbs cəzası düşür. Bundan əlavə olaraq Çikaqo-nun federal məhkəməsi Vaulin-in bank hesablarının bağlanması və KAT-a məxsus bir neçə domen adlarının (kickasstorrents.com və kat.cr domenləri də bura daxildir) çıxarılması haqqında qərar qəbul edib. Buna görə torrent sayt bəzən işləməyə bilər. Qeyd edək ki, KAT 2008-ci ildən fəaliyyət göstərir. Məlumatlara əsasən sayta gün ərzində milyon istifadəçi daxil olur. Bu isə onu internetin ən böyük torrent saytı edir. ABŞ-ın ədliyyə nazirliyindəki məlumatlara əsasən bu il sayt 16 milyon dollar gəlir əldə edib. Baş prokurorun sözlərinə əsasən KAT tərəfindən müəllif hüquqları barəsində yetirilmiş zərər 1 milyard dollar civarında qiymətləndirilir.
Şərh yoxdur