main-post-cover

    Ən mürəkkəb riyazi hesablamaların saniyələr içində həll edilməsi.

    07.05.2017
    Farid Pardashunas
    Çoxumuz gündəlik olaraq sadə və ya mürəkkəb riyazi hesablamalar ilə qarşılaşırıq. Bu hesablamalar ən sadə ədədlər üzərindən başlayaraq, bəzən tənlik, triqonometriya, loqarifma kimi uzun və vaxt alan hesablamalar ola bilər. Göstərdiyimiz bu proqram vasitəsilə artıq bir neçə saniyə içində aşağıdakılara əməl etməklə nəticəni çox asanlıqla əldə edə bilərsiniz. Bu proqram ilə telefonuzda sanki bir riyaziyyat müəllimi var hissini yaşayacaqsınız.
     
    1. İlk olaraq play store'a girib PhotoMath adlı proqramı yükləyirik.
     
     
    2. Yükləyəndən sonra proqramı necə işlətmək üçün free tutorial təklif olunacaq. Bu təklif ilə diqqət etməli olacaq vacib məsələləri göstərəcək.
     
    3. Tutorial'də göstərilənlərə əməl edildikdən sonra, proqram telefonun kamerasından istifadə edəcək və istədiyiniz hesablamanı ekranda göstərilən çərçivə uyğunlaşdırmaqla saniyələr içində nəticəni əldə edəcəksiniz.
     
     
     
    Ümid edirik bu proqram işlərinizi xeyli asanlaşdıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər