Ən mürəkkəb riyazi hesablamaların saniyələr içində həll edilməsi.

Ən mürəkkəb riyazi hesablamaların saniyələr içində həll edilməsi.

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Çoxumuz gündəlik olaraq sadə və ya mürəkkəb riyazi hesablamalar ilə qarşılaşırıq. Bu hesablamalar ən sadə ədədlər üzərindən başlayaraq, bəzən tənlik, triqonometriya, loqarifma kimi uzun və vaxt alan hesablamalar ola bilər. Göstərdiyimiz bu proqram vasitəsilə artıq bir neçə saniyə içində aşağıdakılara əməl etməklə nəticəni çox asanlıqla əldə edə bilərsiniz. Bu proqram ilə telefonuzda sanki bir riyaziyyat müəllimi var hissini yaşayacaqsınız.
 
1. İlk olaraq play store\'a girib PhotoMath adlı proqramı yükləyirik.
 
 
2. Yükləyəndən sonra proqramı necə işlətmək üçün free tutorial təklif olunacaq. Bu təklif ilə diqqət etməli olacaq vacib məsələləri göstərəcək.
 
3. Tutorial\'də göstərilənlərə əməl edildikdən sonra, proqram telefonun kamerasından istifadə edəcək və istədiyiniz hesablamanı ekranda göstərilən çərçivə uyğunlaşdırmaqla saniyələr içində nəticəni əldə edəcəksiniz.
 
 
 
Ümid edirik bu proqram işlərinizi xeyli asanlaşdıracaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX

×