Tanınmış ən təhlükəli virus növləri və onların vurduğu zərərlər.
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Dünyada milyonlarla cihaza zərər vermiş olan ən təhlükəli yazılımları sizlər üçün araşdırdıq.
İnternet dünyası nə qədər çox faydalı məlumatla dolu olsa da eyni zamanda kompüter və telefonlarınız üçün təhlükəli olan proqramlar yəni malware'lər ilə zəngindir. Milyonlarla insanlara zərər vermiş bu təhlükələr haqqında sizə geniş məlumat hazırladıq.
ADWARE
Ən geniş yayılmış malware hesab olunur. Adından da göründüyü kimi bu malware reklamlarla bağlıdır. Digər malware'lərdən fərqli olaraq ADWARE cihazınıza zərər vermir yaxud hansısa məlumatı oğurlamır. Sadəcə internetdən istifadə etdiyiniz zaman hər yerdən reklam atəşinə tutulursunuz. Saytlara daxil olanda reklam linklərinə keçmə və pop-up'lar sizi yaxşıca bezdirir. Bu malware'nin əsas məqsədi qarşı tərəfin cibini doldurmaqdır.
SPYWARE
Yenə ADWARE kimi çox təhlükəli malware hesab olunmur. Lakin, bu proqramın əsas işi gizlincə sizin kompüterə daxil olub internet vasitəsilə hansı saytlara girdiyinizi, nə ilə maraqlandığınızı ortaya çıxarır. Məlumatları topladıqdan sonra bunu yaxın dostu ADWARE ötürür. Bu yolla adware sizin maraqlara uyğun reklam göstərir.

VİRUSLAR
Xüsusilə internet kafelərdən hansısa məlumatı flash disklər vasitəsilə götürəndə yaxud dostunuzun flash kartı vasitəsilə məlumatları kompüterinizə köçürən zaman belə virusların cihazınıza düşmə ehtimalı böyükdür. Bu tipli viruslar özlərini yeniləmə xüsusiyyətinə malikdirlər. Kompüterinizdə bu virusları işə salan zaman viruslar yayılmağa başlayır və kompüteri yavaşladır.

WORM
Soxulcanlar - bu malware cihazınız və kompüterdə olan məlumatlarınız üçün çox təhlükəlidir. Soxulcan kimi bütün fayllara çata bilən bu zərərli proqram qısa zaman ərzində həmin faylları yeyir və bir müddət sonra faylların silindiyini görürsünüz.

TROJAN
Ən təhlükəli malware növlərindən biridir. Vəzifəsi isə sadədir. Sizin bütün bank hesabları və kredit kartı məlumatlarınızı ələ keçirərək sahibinə çatdırır. Bundan əlavə kompüterinizin lazımı fayllarına daxil olaraq informasiya əldə edir. İstifadə etdiyiniz platformalara giriş etmək də çətinlik çəkirsiz və bu sizə böyük maddi zərərə səbəb olur.

ROOTKİT
Xüsusi təyinatlı malware növü deyə bilərik. Olduqca təhlükəli hesab olunan bu malware'ni müəyyən etmək çox çətindir. Hətta antiviruslar belə bu malware'ni aşkar edə bilmirlər. İşləmə prinsipi çox sadədir. Siz kompüter istifadə etdiyiniz zaman virus sizi izləyir və kompüter başından ayrıldığınız zaman virus fəaliyyətə başlayır və informasiyaları oğurlayır. Virus kompüterə düşəndən sonra virusu məhv etmək çox çətindir. Yeganə çıxış yolu kompüteri format etməkdir.
BACKDOORS
Adından məlum olduğu kimi kompüterinizin arxa qapısını açır deyə bilərik. Texniki olaraq kompüterə hər hansı zərər verməsə də, arxa qapı açmaqla xakerlərə giriş yaradır. Beləcə, istənilən xaker kompüterinizə rahatlıqla daxil olub, istədiyi əməliyyatı həyata keçirə bilər.

KEYLOGGERS
Ən məşhur malware hesab olunur. Son zamanlarda populyarlığını davam etdirir. İş prinsipi isə klaviaturada daxil etdiyiniz hər bir məlumatı qeydə almaqdır. Alınan məlumatları isə birbaşa xakerə ötürür. Şəxsi məlumatlar, bank hesabları, kredit kartlarınının məlumatlarını əldə edə bilən bu malwaredən əksər izləmə şirkətləri istifadə edirlər.

ROGUE SECURİTY SOFTWARE
Maskalanmış virus deyə bilərik. Kompüterə yüklənən də antivirus şəklində yüklənir. Əsas məqsədi antivirus görünüşü yaradaraq kompüterdə olan antivirusun fəaliyyətini dayandırmaqdır. Antivirusu söndürdükdən sonra bu malware işinə başlayır və digər viruslar üçün qapılar açır. Bu malware'nin ən geniş yayılmış forması Antivirus 2010 adlı proqramdır.

RANSOMWARE
Əgər bir gün kompüterinizin ekranına "bu kompüter FBI tərəfindən kilidlənib və müəyyən miqdar pul ödəyərək kilidi aça bilərsiniz" tipli yazı gəlsə RANSOMWARE ilə tanış olacaqsınız. Pulu ödədikdən sonra isə virusdan əsər əlamət qalmır. Amma narahat olmağa dəyər, çünki virus gedişi ilə bərabər bank hesablarınız haqqında informasiyanı da özü ilə birgə aparacaq.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!