Qadınların gözəl görünmək üçün etməyəcəkləri şey yoxdur. Sizə təqdim edəcəyimiz bu qadjetlər isə əminəmki hər kəsin marağına səbəb olacaq. Onlar niyə, nə səbəbə hazırlanıb anlamış deyilik. Amma yenə də sizə maraqlı olacağını düşünüb sizinlə bölüşürük
1. Sinə masajisti.
Bu masajist qadın sinəsinin qan dövranını yaxşılaşdırır və əl çatmayan yerləri masaj etməyə kömək edir. Şərhsiz...
2. Ağız böyüdücü
Ağıza yerləşdirib davamlı müddət saxlasaq ağzınız böyüyəcək. İstifadə müddəti ümumiyyətlə məqsədi bizə aydın deyil. Bəlkə siz anlayırsınız?
3. Burun kiçildici
Burnunuz böyükdür? Hər kəs sizə lağ edir? Elə isə buyurun bu qadjet tam sizlikdir. Siz onu burnunuza 4-5 ay davamlı taxmaqla istədiyiniz buruna sahib olacaqsınız. Təbii ki, bu zaman ərzində sizə boğulub ölməsəz.
4. Almazlı maska
Yox onun tərkibində almaz yoxdur. Sadəcə reklam xarakterlidir. Məqsədi isə çənə altı nahiyəsindəki artıq ətləri əritməkdir.
5. Yanaq trenajoru
Yox ağlınıza başqa bir şey gəlməsin. Məqsəd yanaq əzələlərinizi gücləndirməkdir. İstifadə qaydası ağzınıza taxaraq danışmağa cəhd etməkdir.
Şərh yoxdur