Ən yeni və funksional brauzer - Vivaldi!

Ən yeni və funksional brauzer - Vivaldi!

Texnologiya
08.05.2017 PAYLAŞIM

Vivaldi 1.0 Browser yeni funksiyaları ilə Windows, Linux və OS X istifadəçiləri üçün təqdim olunub.

 
Vivaldi 1.0 yeni stabil versiyası ilə funksionallığı sevənlər üçün təqdim olunan brauzerdir. Bu brauzer Opera\'nın eks CEO\'su tərəfindən hazırlanıb və istifadəçilərə başqa brauzerlərdə əldə edə bilmədiyi rahatçılığı verir. Windows, Linux və Mac OS X əməliyyat sistemində işləyən brauzer artıq endirilməyə hazır vəziyyətdədir.
 
Vivaldi brauzeri Chromium proyekti əsasında hazırlanıb. Chrome brauzeri sadəlik, sürət və təhlükəsizliyə fokuslanıb. Yeni Vivaldi isə bunlarla yanaşı daha çox funksional olmağı da qarşısına məqsəd qoyub. 
 
Vivaldi Brauzerin əsas üstünlükləri:
Tab Stacks: Əgər siz bir çox veb sətirlərlə eyni anda işləmək istəyirsinizsə, sətirləri bir birinin üstünə gətirin və bir dəstə əmələ gətirin. Bundan sonra rahat şəkildə veb səhifələr arasında sürətli keçid edə bilərsiniz. Bundan başqa veb sətirlər üçün başqa funksiyalar da mövcuddur.
Tab Stack Tiling: Bu eyni anda 2 veb səhifə ilə işləməyinizə imkan verir. Belə ki, bir ekranda 2 veb səhifə açaraq, hər ikisi arasında keçid etmədən bütün məlumatlardan xəbərdar ola bilərsiniz. 
Sessions: Ən yaxşı üstüklüklərdən biri də işiniz bitdikdən sonra brauzerdən çıxdıqda sizin ən son əməliyyatlarınız proqramın yaddaşında qalır və istədiyiniz vaxt qayıdıb həmin səhifələrdə işinizi davam etdirə bilərsiniz.
Notes: Proqramın solunda olan bu funksiya ilə siz qeydlər götürə bilər və ya ekranın şəkilini çəkə bilərsiniz.
Quick commands: Bu funksiya ilə sizə lazım olan əlfəcinlər, veb səhifələr, veb səhifə keçmişi, tənzimləmələr kimi bölmələrə rahat keçid edə bilərsiniz. Bu hissəsi istədiyiniz şəkildə dizayn edə bilərsiniz.
Mouse gestures and keyboard shortcuts: Bu funksiya ilə siz maus və klaviatura ilə brauzeri rahat idarə bilərsiniz. Məsələn, klaviaturadan hər hansı bir düyməyə əsas səhifə üçün müəyyən funksiya verə bilərsiniz.
Speed Dials and Bookmarks: Bu funksiya digər bütün brauzerlərdəki kimi işləyir. Sizə lazım olan saytları bu hissəyə əlavə edərək, rahat keçid edə bilərsiniz.
Web panels: Bu funskiya ilə brauzerin kənarlarında kiçik uzunvarı pəncərə açılır, burada siz sosial şəbəkədi yenilikləri təqib edə bilərsiniz. Beləliklə, həm işinizi rahat görəcəksiniz, həm də sosial şəbəkələrəki fəaliyyətiniz daha rahat olacaq.
 
Brauzer haqqında daha çox bilmək istəyirsinizsə, o zaman yükləyib quraşdırmağınız məsləhət olunur. İlkin açılışda proqram sizə dizayn, düymələr və sürətli keçidlər barədə yardımçı olur. Proqramı yükləmək üçün  buraya daxil olun.




DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×