main-post-cover

    Enerji və batareya ilə bağlı bildiyimiz yanlış məlumatlar.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Mobil telefonlar artıq bir neçə ildir ki, həyatımızın ayrılmaz parçasına çevrilib və telefonlarla bağlı ən böyük problemlərdən biri də batareya və enerji ilə bağlıdır.Bəs batareya haqqında bildiyimiz bəzi məlumatlar həqiqətən doğrudurmu? Bu məqalədə batareya ilə bağlı olan və hamının demək olar bildiyi məlumatların doğru olub olmadığını sizlərə çatdıracağıq.

    1.Telefon enerji toplayarkən istifadə etmə, əlində partlayar!
    -Doğrudur buna inanan kütlə mövcuddur.Onlar həqiqətən elə bilirlər ki, telefon enerji toplayan zaman ondan istifadə etmək təhlükəlidir.Lakin texnologiyanın və şirkətlərin inkişafı o səviyyəyə çatıb ki,artıq istehsal olunan telefonlar əlbətdə ki, bu tip testləri keçdikdən sonra bazara çıxarırlır.Təbii ki, əgər siz saxta adapterlərdən usb bağlayıcılardan istifadə edirsinizsə, o zaman hər an təhlwkə altındasınız və hər hansı partlayış heç də sizi təəccübləndirməsin.

    2.Telefonu bütün gecə enerjidə saxlamaq zərərlidir bu həm batareya ömrünü azaldar həmdə yanğına səbəb ola bilər.
    -Bu cür məsləhətlərlə də yəqin ki, tez-tez qarşılaşırsınız xüsusilə valideynlər bunun əlehinədir. Müasir mobil telefonlar özləri batareyanın dolmasını müəyyən edəcək funksiyalara sahibdirlər.Əgər mobil teleonun batareyası tam dolu olarsa, bu zaman telefon avtomatik olaraq batareyaya gələn enerjini dayandırır və bunun nəticəsində batareya zərər görməmiş olur.Digər tərəfdən mütəxəssislər bateryanın 40%-80% arasında saxlamağı məsləhət görürlər bu batereya ömrü üçün faydalıdır.Bir daha qeyd edək ki, əgər siz saxta məhsul və enerji toplayıcılardan istifadə edirsəniz bu halların baş verməsi istisna deyil ən azından dünyada baş verən hadisələrə nəzər salın .2 həftə əvvəl saxta enerji toplayıcı istifadə edən şəxs enerji axınına məruz qalaraq həyatını itirmişdi.

    3.Telefonu enerjiyə taxmazdan əvvəl ilk növbədə batareyanın tam boşalmasını gözlə.
    -Yəqin ki, bu cür məsləhətlərlə hamınız üzləşmisiz.Bu termin müasir dövrdə istifadə olunan lityum-iyon batareyalar üçün keçərli deyil və çox köhnə batareyalarda bundan istifdə olunurdu və həmin məsləhət o dövrdən günümüzə qədər gəlib çatmışdır.

    4.Telefonu ilk dəfə alanda 24 saat enerjidə saxlayın.
    -Yenə köhnə model nikel batareyalar üçün keçərili olan bir məsləhət. 24 saat çox böyük rəqəmdir əslində köhnə batareyaları belə 16 saat enerjidə saxlamaq kifayət edərdi.Ən yaxşısı isə ilk 2-3 günü davamlı olaraq istifadə etmək və enerji ilə qidalandırmaq məsləhət görülərdi.Lakin müaris batareyalarda bu rəqəm 6 saatdır.İstehsalçı fərqi ilə isə bu rəqəm daha aşağılara düşür.Texnologiyanın inkişafı artıq bir neçə saat və dəqiqəyə tam dolmaq bacarığına sahib batereyaların istehsalına gətirib çıxarıb.

    5.Telefonun rəsmi istehsalçısı tərəfindən istehsal olunmayan adapter və usb bağlayıcılardan istifadə etməyin.
    -Saxta,lisenziyasız məhsullar istisna olmaqla telefonunuzu başqa model telefonların adapterləri ilə rahatlıqla enerji ilə təmin edə bilərsiniz.Bu zaman sırf telefonun öz adapterinin üstünlyü ondadır ki, məhz həmin adapterlə daha qısa zamanda enerji ilə batareyanı təmin etmək olar.Yəni yuxarıda qeyd olunurki, telefonu yalnız və yalnız öz adapteri ilə enerjiyə qoşun.Lakin qeyd edək ki,siz başqa model telefonların adapterlərindən istifadə zamanı problemlə üzləşməyəcəksiz yetər ki, istifadə etdiyiniz məhsul saxta və lisenziyasız olmasın.Bu halda heç bir problem yaşanmaz.

    6.USB vasitəsilə telefona enerji ötürmək batareyanın ömrünü azaldır.
    -Təbii ki,qeyd olunan fikir də yanlışdır.USB ilə enerji qidalanması zamanı yeganə fərqli olan məqam USB daha aşağı amper istifadə etdiyi üçün batareya gec dolur.Yəni,telefonunuzu kompüter vasitəsilə rahatlıqla enerji ilə təmin edə bilərsiniz.Bu zaman batareya daha az aşınar və əksinə batareyanıza ziyanı yox xeyri olar.

    7.Batareyanın yüksək temperaturda qızması zərərlidir.
    -Müsir lityum-iyon batareyaların qızması əslində normal haldır.En sağlam istifadə batareyanı oraq temperaturunda saxlamaq və kəskin temperatur dəyişikliyinə icazə verməməkdir.



    istinad : webtekno.com, techrepublic.com,newelectronics.co.uk

    Linki kopyala