Ermənistan istehsalı ilk smartfon
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Diqqət! Məqsədimiz erməni telefonunu reklam etmək deyil. Düşmənin və rəqibin bazarını araşdırmaqdır.
Bugün Ermənistan istehsalı ArmPhone smartfonları satışa
çıxıb. TSD (Technology and Science Dinamics) şirkətinin rəsmiləri qeyd ediblər
ki, onlar ilin sonuna kimi Rusiya bazarına çıxmağı planlaşdırırlar. Şirkət
ArmPhone smartfonunun 5 modelini bugün təqdim edib. "”Erməni məhsulunun vaxtı
çatıb” devizi ilə ilk erməni istehsalı smartfonlarını təqdim edirik. Onlar təkcə
dizaynı ilə deyil həmdə performansları ilə də hər bir alıcının könlünü
oxşayacaqlar” – deyə şirkət rəsmiləri bildiriblər. Hal-hazırda ArmPhone 0502,
ArmPhone 0505, ArmPhone 0508, ArmPhone 0509 və ArmPhone 0520 smartfonları
yalnız ermənilər üçün nəzərdə tutulub. Lakin şirkət digər bazarlara da çıxmağı
planlaşdırır. Seriyanın flaqmanı olan ArmPhone 0520 smartfonu 5.2 inç Full HD
ekran, 1.3 GHz tezlikli 8 nüvəli MediaTek MTK6753 prosessoru və 3 GB-lıq RAM ilə
təchiz olunub. Smartfonun arxa kamerası 13 MP, ön kamerası isə 8 MP-dir. Barmaq
izi funksiyası ilə yanaşı smartfon Android 5.1 əməliyyat sistemi ilə çalışır.
TSD şirkətinin mətbuat xidmətinin təmsilçisi Anna Voskanyan-ın sözlərinə görə
Rusiyada smartfonlar bu ilin sonunda satışa çıxa bilər. Hal-hazırda Ermənistanda
smartfonların qiyməti modellərə görə dəyişərək $107-$321 təşkil edir. Rusiyada
smartfonlar satışa çıxsa onların qiymətlərində elə də böyük dəyişiklik
olmayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!